Tehrandan İlham Əliyevə sərt cavab gəldi: "Mütləq cavab verəcəyik"


 
Prezident İlham Əliyevin MDB liderlər sammitində İran barədə irəli sürdüyü ittihamlara Tehrandan ilk reaksiya gəlib.
 
Ovqat.com xəbər verir ki, İran XİN-in sözçüsü Səid Xətibzadə Prezidentin ittihamlarını “uydurma” adlandırıb.
 
"Bu cür mediatik ittihamlar yalnız İran və Azərbaycan xalqları arasındakı qardaşlıq münasibətlərinə təsir etmək üçün sionist rejimin maraqlarına uyğundur", - Xətibzadə belə deyib.


 
İran İslam Respublikasının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə aparıcı rolunu vurğulayan Xatibzadə bildirib: “Son 4 onillikdə minlərlə şəhid və yaralıların bu pis fenomenlə mübarizədə göstərdikləri əzmkar və davamlı səylərin yalnız bir yarpağıdır. Bu istiqamətdə İran İslam Respublikasının rolu müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə təsdiqlənmişdir”.
 
Xətibzadə iki ölkə arasındakı güclü qardaşlıq əlaqələrini vurğulayaraq deyib: "Təəssüf ki, Bakıdan müxtəlif təmaslarda alınan şəxsi və müsbət mesajlara baxmayaraq, Bakı mətbuata əsassız açıqlamalar vermək niyyətindədir və əlbəttə ki, buna müvafiq cavab veriləcək”.


 
Son zamanlar yaşadığı İsrailfobiya kabusu nəticəsində camışı belə, İsrail silahı kimi görən Tehran sözçüsünün İran öz əleyhinə deyilən hər kəlmədə sionizm izi axtarması normaldır. Atalar demişkən, “ilan vuran ala çatıdan qorxar”. Görünür, son zamanlar Yaxın Şərqdə ard-arda yəhudi həmlələri ilə sarsılan Tehran Azərbaycanın da atdığı hər addımı, söylədiyi hər sözü sionist təxribatı kimi görür. Ağayi-0Xətibzadə müəllim bilməlidirki, işğal altında olan torpaqlarımızın narkotrafik kimi istifadə olunması təkcə İlham Əliyevin də fikri deyil. Bir çox beynəlxalq qurumların hesabatlarında bu fakt dəfələrlə etiraf olunub, hətta ermənilər də bunu danmayıblar. Ermənistan parlamentinin müstəqil üzvü Arman Babacanyan 2019-cu ildə erməni media orqanlarına verdiyi açıqlamada Daşnaksütyun Partiyasının Qarabağ ərazisindən narkotik tranziti kimi istifadə etdiyini bəyan edərək demişdi:
 
“Daşnaksütyun Ermənistanın müstəqilliyinin ilk illərindəki terror fəaliyyətləri ilə məşhurdur. İndi bu təşkilat dövlətə və ayrı-ayrı güc strukturlarına qarşı partizan mübarizəsinə başlamağa qərar verib. Hesab edirəm ki, Milli Assambleya kənarda qalmamalı, baş verənlərə öz qiymətini verməlidir”.

 
 
Babacanyan hətta Ermənistanda bu işə rəhbərlik edən şəxsin konkret adını da çəkmişdi: “Daşnaksütyun 1990-cı illərin əvvəllərindən narkotik nəqli ilə məşğul olub və prosesi indi eyni qrupa qoşulan David Şahnazaryan (1994-1995-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri) idarə edir. 27 oktyabr terror hücumunun iştirakçılarının bu qurumla əlaqəsini unutmamalıyıq”.
 
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini İran yetkililərinin “qırmızı cizgisi” kimi qiymətləndirməsi, ölkəmizin hətta İran dini lideri tərəfindən “şapalaq yeyəcəksiniz” sözləri ilə təhdid olunması bu məlumatların fonunda qətiyyən təəccüblü görünmür. Adama deyərlər ki, ay ayətullah həzrətləri, soğan yeməmişdinsə, için niyə göynəyirdi”.



Tarix: 16-10-2021, 10:36
Xəbəri paylaş





Xəbər lenti