Rəsul Quliyev Sərkisyan və Köçəryanın cinayətləri ilə bağlı bəzi “Youtube” kanallarına müsahibə verməkdən niyə imtina edib? - AÇIQLAMA



""Facebook”da Sərkisyan və Köçəryanın cinayətlərindən danışacağımı bildirmişdim. Və bu açıqlamalamaları "Youtube" kanallarından birinə vermək istəyirdim ki, oxumağı sevməyənlər qulaq assınlar. Bu kanalların ən azı yarısı böyük məmuniyyətlə müsahibəmi verməyə hazırdır. Ancaq tanıdığım, indiyə qədər intervyu verdiyim kanallara üstünlük verdim. Onların intervyu götürmək şərtlərilə heç vaxt yaşamadığım üçün "Facebook"da fikirlərimi yazmağa məcbur qaldım".
 
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.
 
R.Quliyev qeyd edib ki, 20 il Ermənistanın başında dayanmış, işğal etdikləri əraziləri viranəyə çevirmiş Sərkisyan və Köçəryanın cinayətlərinin beynəlxalq masştablı cinayətlər olduğunu bir neçə yazı ilə çatdıracaq: "Oxuculardan "Facebook" və yazını çap etmiş internet qəzet səhifələrindən oxumağı xahiş edirəm. Birinci yazının adı "Köçəryan və Sərkisyan, onların cinayətlərinə BMT-nin Haaqa Tribunalında baxılmalıdır" olacaq".
Tarix: 21-10-2021, 21:51
Xəbəri paylaş





Xəbər lenti