Partiya sədri: "Fətəli Xan Xoyski Azərbaycanın müstəqilliyi elan olunanda buna qarşı çıxıb"



“1918-ci ildə Azərbaycanın müstəqilliyi elan olunanda Fətəli Xan Xoyski buna qarşı çıxıb. Deyib ki, elan etməyək. Düzdür, sonradan o da imzaladı. İndi biz Xoyskini düşmənmi elan edək?! Azərbaycanın müstəqilliyinin əsas yükünü Fətəli Xan Xoyski çəkib. Milli Şura buraxılmışdı, Məhəmməd Əmin Rəsulzadə də İstanbula getmişdi. Bütün yük Fətəli Xan Xoyskinin üzərində oldu. Bakının azad olunmasına qədər-hər şeyi Xoyski etdi...”
 
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
 
Partiya sədri qeyd edib ki, tarixə geniş yanaşmağı bacarmaq lazımdır: “Düşmən axtarmaq yalnışdır...”
Tarix: 23-10-2021, 21:57
Xəbəri paylaş





Xəbər lenti