Türkiyədə nələr olur?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ərdoğanın 10 Qərb ölkə diplomatının arzuolunmaz şəxs elan edilə biləcəyi ilə bağlı açıqlamasından sonra ,Türkiyə ilə Qərb arasında diplomatik və siyasi gərginlik yaşanmaqdadır. Düzdür ,Ərdoğan bu barədə XİN – nə araşdırmaya başlamaq haqda göstəriş verdiyini deməsi, hələ məsələni açıq saxlayır və qəti hökm verilmədiyini göstərir. Bu baxımdan istisna olunmur ki, Ərdoğan bu sərt bəyənatı xəbərdarlıq üçün verib və məqsəd diplomatları ölkədən qovmaq yox, onları Osman Kavalanı müdafiə etməkdən çəkindirməkdir. Ərdoğanın Kavalanı “Soros covuğu” adlandırması onu göstərir ki, Türkiyə iqtidarı üçün məsələ hüquqi olmaqdan daha çox siyasi çalar daşıyır.
Məluum olduğu kimi Avropa İnsan Haqları Məhkəməsi 4 il həbsdə saxlanılan Kavalanın azadlığa buraxılması barədə qərar qəbul edib. Türkiyə isə bu qərarı yerinə yetirməkdən imtina edir. Buna səbəb Kovalanın PKK dəstəkçisi sayılması və Türkiyədə hakimiyyət dəyişmək üçün başladılan məhşur Gəzi olaylarını maliyyələşdirməsi hesab olunur.
Türkiyə XİN – ə çağrılan 10 Qərb ölkəsi diplomatı isə bildirir ki, onlar məsələyə siyasi baxımdan yanaşmırlar. Türkiyə öz konstitusiyası səviyyəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliyi götürüb və ona görə də Kavala məhkəmə qərarına görə azad edilməlidir. Hətta səfirlər hədələyici tonda Avropa Şurası Nazirlər Komitəsinin Türkiyənin cəzalandırılması ilə bağlı prosedurlarla başlayacağı ilə bağlı xəbərdarlıq da ediblər. Bu da Ərdoğanın xəbərdarlığının əks effekt verdiyini, qarşı tərəfin geri çəkilmək niyyətində olmadığını göstərir.
Açığı burada hər iki tərəfin provakativ davranışları hiss olunmaqdadır. Çünki Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilib – yetirilməməsi işi ilə Avropa Şurası Nazirlər Komitəsi məşğul olur. Ona görə də Qərb diplomatkarınln bu məsələyə müdaxiləsini Türkiyə özünə qərşı qərəzli münasibət kimi dəyərləndirir və bunun arxasında xoş olmayan niyyətlər görür. Xatırladaq ki, bizim ölkədə də Avropa Məhkəməsinin yerinə yetirilməyən qərarları olub. Ancaq heç vaxt bizim ölkəmizdə Avropa Məhkəməsinin icra olunmayan qərarlarına görə səfirlər hakimiyyətdən bu şəkildə açıq tələbədə bulunmayıblar. Çünki həmişə hesab olunub ki, bu tərz tələblər məsələni hüquqi çərçivədən çıxarıb, siyasi təzyiq müstəvisinə keçirər.
Ərdoğanın bu məsələyə reaksiyası isə gərəyindən artıq sərt hesab oluna bilər. Çünki Türkiyənin hazırkı geosiyasi və daxili iqtisadi şərtlərdə Qərbələ sərt üslubda danışması ciddi problemlərə yol aça bilər. Bu məsələyə hakimiyyət yetkililərinin birinin diplomatik tərzdə münasibət bildirməsi və problemin hüquqi bir məsələ olduğu, ona görə də səfirlərin bəyanatı ilə çözüləməyəcəyini bildirməsi yetərdi. Lakin Ərdoğanın özünün məsələyə münasibət bildirərək sərt reaksiya verməsi, məsələni Qərblə siyasi və diplomatik qarşıdurma müstəvisinə keçirərək Türkiyəni çətin duruma saldı.
Bəs bu gərginliyin nəticələri nə ola bilər? Düzdür bu gün real görünməsə də, ancaq aydındır ki, əgər məsələlər daha da gərginləşərsə və nəticədə 10 Qərb diplomatı ölkədən çıxarılarsa, bunun qarşılığında da ən azı 10 ölkə Türkiyə səfirlərini geri göndərəcək. Bu halda Türkiyənin Qərblə bağlantıları ciddi şəkidə zəifləyər, siyasi və diplomatik qopma yarana bilər. Bu isə Türkiyəni həm iqtisadi, həm də hərbi baxımdan çox zor duruma salar.
Digər tərəfdən Kavala ilə bağlı Avropa Məhkəməsinin qərarı yerinə yetrilməyəcəyi təqdirdə, Avropa Şurası Nazirlər Komitəsi Türkiyənin cəzalandırılması ilə bağlı prosedurlarla başlayacaq. Bu isə bir dövlət kimi Türkiyənin güvənilirliyinə, beynəlxalq imicinə mənfi təsir edəcək, ölkəyənin kəskin ehtiyac duyduğu xarci sərmayənin gəlişini çətinləşdirəcək.
Qərb və Türkiyə arasındakı diplomatik və siyasi gərginlik ilk növbədə Rusiyanın işinə yarayır. Çünki post-Sovet məkanında Türkiyənin Rusiya ilə hərbi -siyasi rəqabət imkanları xeyli dərəcədə qardaş ölkənin Qərb blokunda yer almasından asılıdır. Bu baxımdan ortada S-400 lər üzündən ABŞ-la gərəksiz qarşıdurmaya görə Türkiyənin F-35 təyyarələrini almaqdan məhrum olması kimi acı bir təcrübə olduğu da unudulmamalıdır. Ona görə də Qərblə münasibətlərdə bəzi məsələləri çox da qabartmaq, Türkiyə üçün hərbi, siyasi sahədə daha böyük problemlərin yaranmasına yol aça bilər.
Bundan əlavə pandemiya dövründə maliyyə rezervləri xeyli dərəcədə tükənmiş Türkiyə iqtisadiyyatı, yaranan gərginlik üzündən lirənin növbəti bahalaşmasının qarşısını almaq iqtidarında deyil. Bu vəziyyətdə Qərblə yaranan qarşıdurma, ölkə daxilində onsuz da ağır olan iqtisadi durumu kəskin krizə sala bilər.
Bütün bu ehtimalları nəzərə alaraq demək olar ki, bu gün Qərblə mövcud olan problemləri qabartmaqdansa, çözüm yolları arayıb, əməkdaşlıq imkanlarını genişləndirmək hər baxımdan Türkiyənin daha çox yararırnadır.
Tarix: 25-10-2021, 17:51
Xəbəri paylaş





Xəbər lenti