"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mütləqdir, amma…”


"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mütləqdir, amma bunun nə vaxt baş verəcəyi ilə bağlı dəqiq söz demək mümkün deyil. Əsas odur ki, Azərbaycan tərəfi iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması üçün mümkün qədər çox iş görüb və görməyə davam edir. Ermənistanda isə vəziyyət dəyişkəndir. Nəinki müxalifət, hətta iqtidar belə tez-tez fikrini dəyişir, revanşist meyillər sərgiləyirlər".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
 

 
O qeyd edib ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir: "Lakin nə vaxtsa Ermənistan buna məcbur olacaq, çünki bu, əslində onların da marağındadır. Ermənistanın dünyaya çıxışı, qarşısında duran problemləri həll etmək qeyri-mümkündür. Özünün səbəb olduğu müharibənin nəticələri Ermənistana hələ də ciddi təsir göstərir. Yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması Ermənistanı xilas edə bilər. Ona görə də Azərbaycanın sülh təklifi gündəmdə qalır, Ermənistan nə vaxt istəyərsə, biz şərtləri danışmağa hazırıq. İndilik isə Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli işlər görür və bütün prosesin nəticəsini gözləməyə məcburuq".
Tarix: 2-11-2021, 15:45
Xəbəri paylaş





Xəbər lenti