KREML ÜÇTƏRƏFLİ GÖRÜŞÜN KEÇİRİLƏCƏYİNİ AÇIQLADI - Paşinyan isə təkzib edir... (Yenilənib)



Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a açıqlamasında deyib: “Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq”.
Lakin Peskovun bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan, Rusiya və Azərbaycan başçılarının üçtərəfli görüşünün vaxtı ilə bağlı yekun razılıq yoxdur.
“Deyə bilərəm ki, hazırda noyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur”, - o, Ermənistanın İctimai Televiziyasına deyib.
Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, qarşıdakı görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, eləcə də iki ölkə arasında sülh sazişinin bağlanması ilə bağlı iki sənəd imzalamalıdırlar.(turan.az)
Tarix: 8-11-2021, 08:40
Xəbəri paylaş





Xəbər lenti