Bayden reytinqinin rekord dərəcədə azalmasını şərh edib




ABŞ prezidenti Cozef Bayden onun reytinqinin 38%-ə düşdüyünü göstərən sorğu məlumatlarını şərh edib.
Trend xəbər verir ki, yerli telekanala müsahibəsində dövlət başçısı bildirib ki, o, əhalinin 50%-nin dəstəyini əks etdirən digər məlumatlar ilə tanış olub. Onun sözlərinə görə, reytinqi onun administrasiyasının qərarlarının sadə amerikalılara çatanda yüksələcək.
Bayden əlavə edib ki, onun reytinqi əvvəlki ABŞ prezidentlərinin, o cümlədən Barak Obama və Bill Klintonun reytinqi ilə eyni səviyyədədir. Ağ Evin rəhbəri vurğulayıb ki, çoxlu sayda amerikalı pandemiya və bununla bağlı böhrandan narahatdır.
Tarix: 9-11-2021, 09:03
Xəbəri paylaş





Xəbər lenti