Avrasiyanın neft və qaz klapanı



Avrasiyanın neft və qaz klapanı

Rusiya mətbuatında bir sıra mühüm və maraqlı məqamların təhlil edildiyi “Avrasiyanın neft və qaz klapanı” başlıqlı yazı dərc edilib. Siam.az məqalənin aktuallığını nəzərə alaraq, Azvision.az -a istinadən onu Azərbaycan oxucularına təqdim edir.
Imperiyalar da fərdlər kimi yorula bilərlər. Əfqanıstanı əbəs yerə “imperiyaların qəbiristanlığı” adlandırmayıblar.

Mumiya Əbu-Camal


Mövcud geosiyasətdə (enerji yönümlü) dünyanın beş iri neft və qaz əyalətini özündə birləşdirən böyük neft ellipsi anlayışı var: Ərəbistan, Mosul, Xəzər, Volqa-Ural və Qərbi Sibir. Bu gün (dərin dəniz şelfləri, Arktika və Şərqi Sibir hələ ki tədqiq olunur ) bu "ellips" planetin enerji ürəyidir. Avrasiyanın enerji təchizatı üçün prinsipial olaraq dörd "ürək klapanı" vacibdir: Qara dəniz-Qafqaz, Türkiyə-Suriya, Hörmüz və Əfqanıstan.

SSRİ-nin dağılana qədər beş neft-qaz əyalətindən üçü dünya bazarından kənarda idi və dörd klapandan üçü isə bağlanmışdı. Yalnız Hörmüz klapanı aktiv işləyirdi. Qara dəniz-Qafqaz “təcrid olunmuş” zonaya daxil idi, Türkiyə-Suriya klapanı isə təsir dairələrinə bölünmüşdü. Türkiyə "ellips"in Sovet hissəsinin cənub-qərbini və Mosul əyalətinin qərbini, Suriya-Ərəbistan əyalətinin şimal hissəsini, Əfqanıstan isə Xəzərin şimalını və Mosulun şərqini bağlamışdı.

Konstruksiya dünya enerji daşıyıcıları bazarının maliyyə tənzimləyicisinə tamamilə sərf edirdi. SSRİ-nin dağılması Xəzər əyalətini Moskvanın birbaşa nəzarətindən çıxardı.

Yeni təhdidlərlə (onlara imkanlar da demək olar) üzləşən konstruksiya dağıldı. “Atəş” altına əvvəlcə Qafqaz, Orta Asiya və Əfqanıstan, sonra isə İraq, İran, Suriya, Türkiyə və yenə Əfqanıstan düşdü.

Əfqanıstanın iki dəfə düşməsi təsadüf deyil. Burada dörd sivilizasiya layihəsi (Rus, İslam, Çin və Hind) bir-birinə bağlanır. Burada enerji yolayrıcı və Avrasiyanın bötüvlüyünə aparan qapının açarı var. Sərhəd qapıları...

Zəruri müqəddimə
Kimsəyə bəlli olmayan sitatdan başlayaq


“12 dekabr 1979-cu ildə Sov.İKP Mərkəzi Komitəsi siyasi bürosu məhdud tərkibdə Kremldə toplandı. İclasda partiyanın baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnev, partiyanın baş ideoloqu Mixail Suslov, DTK rəhbəri Yuri Andropov, müdafiə naziri Dmitri Ustinov, xarici işlər naziri Andrey Qromıko və Mərkəzi Komitənin katibi Konstantin Çernenko iştirak edirdilər. Yığıncağa Leonid Brejnev sədrlik edirdi.

O zaman ən incə məsələləri “məhdud bir dairədə” müzakirə olunurdu. Gündəlikdə yalnız bir məsələ vardı - Əfqanıstana qoşun yeridilməsi. Qısa müddətdə ölkə əhalisinin əksəriyyətini özünə qarşı qoymuş inqilabçı Əfqanıstan hakimiyyəti bir il idi bunu xahiş edirdi. Ancaq onlara daim rədd cavabı verilirdi.



“Əfqanıstana girəcək ordumuz təcavüzkar olacaq. Bəs kimə qarşı mübarizə aparacaq? Bəli, hər şeydən əvvəl Əfqanıstan xalqına qarşı və onlara atəş açmaq məcburiyyətində qalacaq”, - Sov.İKP MK Siyasi Bürosunda Əfqanıstan hökumətinə silahlı dəstək verilməsinin ilk dəfə müzakirə edildiyi 1979-cu il mart tarixli iclasında Andrey Qromko demişdi.

O zaman Sovet XİN-in rəhbəri Əfqanıstan müharibəsinin nəticələrini dəqiq proqnozlaşdırmışdı. Sovet xarici siyasətinin son on ildə əldə etdiyi bütün uğurların - silahların ixtisarının, gərginliyin azaldılmasının, dinc yanaşı yaşamağın üstündən xətt çəkiləcək...

Siyasi Büronun mart ayında keçirilən iclasında Qromıkonun mövqeyi üstünlük qazandı. Amma bu dəfə hər şey fərqli oldu. Qərar əvvəlcədən hazır idi. Onun müəlliflərindən biri Yuri Andropov və Dmitri Ustinovdan başqa, həm də xarici işlər naziri idi.

Siyasi Büronun "Böyük üçlüyü" "silahlı hücumların və xaricdən müdaxilənin dəf edilməsində Əfqanıstana hərtərəfli kömək göstərilməsi" məsələsini müsbət həll etmək təklifini irəli sürdü. Məqsəd Əfqanıstan inqilabını boğmaq və SSRİ-nin cənub sərhədlərində hərbi təcavüzə qarşı imperialist plasdarm yaratmaq idi.

İki həftə sonra, 1979-cu il dekabrın 27-də Sovet qoşunları Əfqanıstana daxil oldu. Qromıkonun 1979-cu ilin martında proqnozlaşdırdığı hər şey baş verdi. “Gərginliyin aradan qaldırılması” yeni gərginliklərlə əvəzləndi, ABŞ SSRİ-yə qarşı ticarət sanksiyaları tətbiq etdi, Qərb 1980-ci il Moskva Olimpiya Oyunlarını boykot etdi.

Praktiki olaraq bütün müsəlman dünyası ilk dəfə birləşmiş şəkildə Moskvaya qarşı çıxdı. Sovet İttifaqını "şər imperiyası" adlandıran və onu dağıtmaq layihəsinə girişən Ronald Reyqan dördüncü cəhddən sonra ABŞ-da prezident seçkilərində qalib gəldi. SSRİ-ni cilovlamaq siyasəti Sovet hakimiyyətini sarsıtmaq istiqamətində dəyişdi.


1981-ci il yanvarın 30-da, Kremldə keçirilən görüşdən təxminən bir il iki ay sonra Reyqan milli təhlükəsizlik üzrə işçi qrupunu topladı. Qrupa ABŞ administrasiyasının "məhdud dairəsi" daxil idi: vitse -prezident Corc Buş (böyük), müdafiə naziri Kaspar Uaynberger, dövlət katibi Aleksandr Heyq, CIA direktoru Uilyam Keys və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Riçard Allen. Mövzu gizli hücum əməliyyatları idi.

“Orada onlarda vəziyyət çox ağırdır çətinliklərlə daimi mübarizə aparırlar”, - Keys Reyqana deyir. Əlavə edir ki, onlar məhkumdurlar, iqtisadiyyat tam xaos içindədir. Polşada üsyan var. Onlar Əfqanıstanda, Kubada, Anqola və Vyetnamda ilişiblər. İmperiya özü onlar üçün yükə çevrilib. Tarix bizə şans verib, cənab Prezident, onlara ciddi ziyan vura bilərik.



Keysi Sovet iqtisadiyyatının Qərb texnologiyalarından və əsas hissəsini “neft dollarları” təşkil edən valyuta gəlirlərindən asılı olduğunu bildirir.

ABŞ ilk növbədə məhz onları kəsməyə çalışır, müttəfiqlərinə yeni texnologiyaları SSRİ-yə verməməli olduqlarını təlqin edirdi. Səudiyyə Ərəbistanını bazarı neftlə doldurmağa və bununla da qiymətləri aşağı salmağa inandırmaqla bağlı fəal iş aparırdı. ABŞ eyni zamanda müdafiə xərclərini kəskin şəkildə artıraraq SSRİ-ni dağıdıcı silah yarışına sürükləyirdi.

1985-ci ildə Reyqanın iqtisadi siyasətinin ilkin nəticələri əldə edildi. 1980-ci illərin əvvəllərindən yavaş-yavaş aşağı düşən neft qiymətləri 1985-ci ildə ən aşağı həddə düşdü. SSRİ-nin 1981-ci ildə 5 milyard dollar olan xarici borcu 1985-ci ilə qədər illik ixracdan əldə olunan gəliri üstələyərək 25 milyard dollara çatdı. Bu kəsir Qərbin kreditləri hesabına bağlandı. Daxili borc 142 milyard rubla (ümumi milli məhsulun 18,2 faizi) çatdı. Başqa sözlə, SSRİ borc içində batdı.

Elə 1985-ci ildən Sov.İKP Mərkəzi Komitəsinə və ölkəyə gənc enerjili lider Mixail Qorbaçov rəhbərlik etməyə başladı ... ".



1919-cu ildə üçüncü məğlubiyyətdən sonra Əfqanıstandan birdəfəlik çıxaraq Böyük Britaniyadan sadəcə Britaniyaya çevrilən dövlətlə bağlı presendent olub.

ABŞ-ın Əfqanıstandan (sonuncu imperiyanın süqutu) çıxmasından sonrakı presedentlər və Vaşinqton üçün mümkün nəticələr barədə bu gün KİV yazır və müzakirələr aparılır. Fikirlər təmkinli və məntiqlifir. Həyəcanla və həvəslə danışır, bununla Kremlin Əfqanıstandakı məğlubiyyətinin kompleksini hələ də yaşamadığını nümayiş etdirirlər. Əfqanıstanda milli, dini və qəbilə klanları arasındakı ziddiyyətlər kifayət qədərdir.

Ölkə ziddiyyətlərdən hörülüb. Bizim üçün siyasət olan əfqanlar üçün ailə tarixidir. Amma "əfqan" siyasətini qəbilə (sırf əfqan) ənənələrinə bağlamaq situasiyanı sadələşdirməkdir. “Böyük Şahmat Taxtası” (The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives) daha genişdir və getmək (geri çəkilmək) həmişə məğlubiyyət deyil. Bu çox zaman yaxşı düşünülmüş və sınaqdan çıxarılmış bir gedişdir...

Hər şey Oblonskilərin evində qarışdı

ABŞ-ın Əfqanıstandan çəkilməsinin məğlubiyyət və ya strateji gediş olduğu (yeri gəlmişkən, biri digərini istisna etmir) sualına cavab vermək üçün Əfqanıstandakı xaos və vətəndaş müharibəsinin kimə (hansı ölkələrə və layihələrə) problem yaratdığına nəzər salaq.

Müharibənin qaçılmaz olduğuna bütün şərqşünaslar əmindirlər. Bu müharibənin problemlərinin ABŞ-a çatmayacağı da hər kəsə aydındır. Amma konkret olaraq kimə?

Düz dörd il əvvəl (sentyabr ayında) “Expert” jurnalında "Borular yanır" başlığı altında bir məqalə dərc edilmişdi. Yazıda dünyadakı enerji balansında təbii qaz doğru yerdəyişmənin, yenidən yaradılan qaz bazarının inkişaf perspektivlərinin və bununla bağlı siyasi trendlərin təhlilinə cəhd olunmuşdu.

Məqalədə deyilirdi: “Orta Asiya boru kəmərinin kəsişdiyi yerdə sabitlik dini zəmində pozulacaq (Pakistan Hindistanla münaqişə etməlidir). Barak Obamanın dövründə İraqdan çıxarılan qoşunlar ABŞ-a qaytarılmadı, onların dislokasiya yeri dəyişdirildi. 2008-2011-ci illərdə Əfqanıstandakı Amerika kontingenti (bütün bölgənin sabitliyi üçün əsas ölkə) 27, 5 mindən 97 min hərbçiyə qədər artırıldı”.

Bu mətn nəşr olunanda ABŞ artıq Kiyevdə çevriliş təşkil edərək, "böyük neft ellipsi"nin Rusiya seqmentinin qərb hissəsini nəzarətə götürmüşdü (Bundan əvvəl Qafqaz hissəsi yenidən formalaşdırılmışdı - Çeçenistan müharibəsi və Bakı-Ceyhan neft kəməri). NATO Ukraynanın dostu olaraq Qara dənizdə məskunlaşdı. Suriya nəzarət zonalarına bölündü. Türkiyədə hərbi çevriliş və Rəcəb Teyyub Ərdoğanın devrilməsi cəhdləri uğursuz oldu.

Yalnız Hörmüz klapanı sabit işləyir, Əfqanıstanda nisbi sabitlik qorunurdu. “Neft ellipsi”nin digər istiqamətlərində situasiya qaynama temperaturuna çatdırılmış, "Kalibrlərin" və "Tomaqavkların”ın gəlişi ilə məhdudlaşan hərbi qarşıdurmaya qədər gedib çıxmışdı.



18 iyun 2017-ci ildə amerikalılar Raqqanın yaxınlığında Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurdular. Buna cavab olaraq, Rusiya Müdafiə Nazirliyi Pentaqonla Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı ortaq memorandumu ləğv etdi və Rusiya hava hücumundan müdafiə sisteminin Fərat çayının qərbində səmada görünən Amerika koalisiyasına aid istənilən təyyarəni hədəfə götürəcəyini bəyan etdi.

İki nüvə super gücü birbaşa toqquşmanın astanasın gəldilər. Növbədi dəfə aydın oldu ki, Yaxın Şərqdəki savaşın səbəbi heç də Bəşər Əsədin "qanlı" rejiminə qarşı “Əl-Qaidə” və “İŞİD” yaraqlılarının "mülayim" müxalifətçiliyi (ABŞ-ın fikrincə) deyil. Səbəb teoloji nüanslar (sünnilər, şiələr) və milli məsələ (farslar, türklər, ərəblər) də deyil.

Suriya təyyarəsi ilə bağlı hadisədən (5 iyun) bir qədər əvvəl Fars körfəzi ölkələri (Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri) Qətərlə diplomatik əlaqələrini kəsdiklərini, Dohaya ərzaq tədarükü və sərnişin gəlməsi üçün ərazilərini və hava sahələrini bağladıqlarını bildirdilər. Daha sonra 16 milyard dollarlıq bank depozitlərinin qaytarılmasını da tələb etdilər.

Qətərdə sünni ərəblər yaşayır. Qətərə blokada elan edən ərəb ölkələri də sünnidir. Qətərə dəstək verən Türkiyə sünni olsa da, ərəb ölkəsi deyil. Doha ilə Ər-Riyad arasında vasitəçi rolunu Suriyada sünni islamçılarla savaşan Rusiya öz üzərinə götürməyə çalışdı. Ərzaq tədarükünün təşkilində köməyi isə farsların və azərbaycanlıların yaşadığı şiə İran təklif etdi.

Körfəz ölkələrinin blokadasının rəsmi səbəbi olaraq Dohanın beynəlxalq terrorizmi dəstəkləməsi olduğu elan edildi. Lakin iyunun 7-də (cəmi iki gün sonra) Tehranda dalbadal iki terror aktı törədildikdə terrorizmə qarşı mübarizə aparan və Qətərə qarşı blokada elan edən ərəb ölkələrindən heç biri İrana dəstəyini ifadə etmədi və bunu açıq şəkildə qınamadı.

"Ərəb olmayan" ölkələrin (şiə İran, sünni Türkiyə, xristian Rusiya) ərəblərin çoxluq təşkil etdiyi, idareəçi elitasının isə Qətərdən fərqli olaraq şiə olduğu Suriyadakı vəziyyəti həll etmək üçün yaratdıqları Astana formatının qurucularından olduğunu xatırlasaq ,vəziyyət bir az da dolaşır.

Dünyanın aparıcı ölkələri problemə əvvəlcədən cəkb olunmasaydılar (onları siyasi məntiqdən kənara çıxaraq qınamaq da olmaz), Yaxın Şərqdə baş verən hadisələri bir növ dünyadakı xaosun təzahürü kimi qəbul etmək olardı. Deməli, Yaxın Şərq hadisələrinin məntiqini fərqli müstəvidə (dini və milli deyil) axtarmaq lazımdır.

Söhbətin sadəcə daşlı-kəsəkli səhradan, orada yaşayan incə fərqlərə və inanclara malik köçəri tayfalardan getmədiyini yada salsaq, məntiq aydın olur. Söhbət planetin enerji qəlbindən gedir. Dünyanın aparıcı ölkələrinin enerji qaynaqlarına çıxışının təminatı ("ürək klapanlarının” işi) isə mənfəət əldə etmək deyil. Neftə çıxış həmişə təhlükəsizlik, müharibə və sülh məsələsidir. İlk növbədə Yaxın Şərq üçün.

Situasiyanı enerji ölçüləri baxımından nəzərdən keçirsək, Yaxın Şərq xaosu tutarlı məntiq qazanır. Hadisələrin bütün iştirakçılarını ümumi neft və qaz maraqları birləşdirir və ayrır.

ABŞ qaz istehsalı və istehlakına görə dünyada birinci yerdədir. “Böyük qaz üçlüyü” (Rusiya, İran və Qətər) dünyanın ən böyük mavi yanacaq ehtiyatlarına malikdir. Suriya, Türkiyə və Əfqanıstan, Lissabondan Şanxaya qədər vahid Avrasiya boru kəmərləri (iqtisadiyyatın qan damarları) üçün tranzit qovşağıdır.

Vaynah və puştun əbədi qardaşdırlar

Sovet İttifaqı ilə birlikdə təkcə geosiyasi tarazlıq deyil, həm də enerji balansı pozuldu. Moskvanın birbaşa nəzarətindən çıxmış "neft ellipsi"nin (Azərbaycan, Qazaxıstan, Türkmənistan) mərkəzi (Xəzər) əyaləti uğrunda mübarizə başladı. Dünya enerji məkanının yenidən təşkilinin iki layihəsi toqquşdu.

Rusiya Mərkəzi Asiya neft və qaz tranzitini özündə saxlamağa çalışdı. Birləşmiş Qərb enerji resurslarının dünya bazarına çatdırılması üçün alternativ yollar təşkil etmək üçün hər şey etdi. Bunlardan ən əsasları yuxarıda göstərilən Türkmənistandan Pakistanın Karaçi limanına çəkilən və Hindistana doğru şaxələnməsi ehtimal olunan Türk-Qafqaz və Trans-Əfqanıstan dəhlizləri idi
Birləşmiş Qərbin "anti-Rusiya" boru kəmərləri məsələsində açıq həmrəyliyinə baxmayaraq, ABŞ və Avropanın mövqeləri ciddi şəkildə fərqlənirdi. Avropa əsas “stavkanı” Türk-Qafqaz marşrutuna qoyaraq, perspektivdə İranı da ona qoşmaq yolunu tutdu.

ABŞ üçün prinsipial olan həm geosiyasi rəqiblərinin, həm də Vaşinqtonun müttəfiqlərinin yanından keçərək, Xəzər-Asiya qaynaqlarını birbaşa dənizə çatdıran Trans-Əfqanıstan dəhlizi idi.

Bu mənada Əfqanıstanda “Taliban”ın müstəqil hərbi-siyasi güc olaraq meydana çıxması tarixi baxımdan anlaşılandır.

SSRİ-yə qarşı müharibə müsəlman ölkələrini bir araya gətirdi və İslamı dünyanın siyasi quruluşunu dəyişdirə biləcək qüvvəyə çevirdi. ABŞ-ın, Səudiyyə Ərəbistanının və Pakistanın kəşfiyyat xidmətlərinin qidalandırdığı (bu işdə hətta İran və Çin də iştirak edib) mücahidlər ordusu Sovet qoşunlarının çıxmasından sonra hər biri öz bölgəsinə nəzarət edən qəbilə qruplaşmalarına bölündülər.

Əfqanıstan kommunikasiya baxımından (nəqliyyat dəhlizi olaraq) öz mövcudluğunu dayandırdı. Ölkənin cənubundan şimalına humanitar yardım və ərzaq məhsulları aparan karvanları yol boyu talan edildilər. Pakistanın Karaçi limanından Herata qədər heç bir insident olmadan gedən ilk karvanı Pakistan mədrəsələri şagirdləri (tələbələri – puştu dilində “taliblər”) arasından seçilən könüllülər mühafizə etdi.

“Taliban”ın Əfqanıstanda meydana çıxması birbaşa Pakistanın keçmiş Baş naziri Bənəzir Bhutto ilə əlaqəlidir (onun əri Asif Əli Zərdari ticartələ məşğul idi). Bhutto özü “Taliban”ın yaranmasında şəxsi kommersiya marağını dəfələrlə inkar edib, lakin onun liderləri ilə şəxsi "isti" münasibətlərini heç vaxt inkar etməyib. Amma hər necə olursa olsun, çəkişmələrdən əziyyət çəkən Əfqanıstan “Taliban”ı xilaskar kimi qəbul etdi.



1994-cü ilin noyabrında “Taliban” faktiki olaraq döyüşsüz Qəndəhara girdi. Cəmi bir neçə ay ərzində 12 əyalət “Taliban”a təslim oldu, Qəndəhar-Herat avtomobil yolu nəzarət altına alındı. Və cəmi üç aydan sonra (15 mart 1995-ci il) Türkmənistan və Pakistan hökumətləri avtomobil yolu boyunca uzanacaq Əfqanıstan boru kəmərinin inşasına dair hökumətlərarası memorandum imzaladılar.

1996 -cı ilin əvvəlində “Taliban” uzun müddət əhəmiyyət vermədiyi paytaxt Kabili ələ keçirdi, çünki yeni hökumətin beynəlxalq səviyyədə tanınması Kabil olmadan mümkün deyildi. Avqust ayında isə (altı ay sonra) ABŞ-ın Pakistandakı keçmiş səfiri Robert Oklinin (o, karyereasına kəşfiyyatda başlayıb və Dövlət Departamentinə gedən qədər orada 4 il xidmət edib ) rəhbərlik etdiyi Amerikanın “Unocal” şirkəti Trans-Əfqanıstan boru kəmərinin tikintisi üçün konsorsiumu rəsmi olaraq təsdiq etdi.

Layihənin əhəmiyyətini anlamaq üçün bir az da konspirologiyaya müraciət edək. Həmid Karzay və Zalmay Xəlilzad fərqli vaxtlarda “Unocal”da çalışıblar. Sonuncu ABŞ dövlət katibinin Əfqanıstandakı Sovet müharibəsi üzrə xüsusi müşaviri, daha sonra ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Cənub-Qərbi Asiya və Yaxın Şərq üzrə baş direktoru olub.

2001-ci ildə Amerika qoşunları Əfqanıstana gətirildikdən sonra Xəlilzad ABŞ-ın bu ölkədəki səfiri vəzifəsini tutdu, Karzay isə əvvəlcə Əfqanıstan Prezidenti vəzifəsini icra etdi və sonra rəsmən seçildi. Hər ikisi, taliblər kimi puştu tayfalarındandırlar.

Maraqlı bir detal odur ki, trans-Əfqanıstan konsorsiumunun təsdiqi ilə eyni vaxtda (1996-cı ilin avqustunda) Moskva və özünü müstəqil elan edən Çeçenistan hakimiyyəti Xasavyurt sülh müqaviləsini imzaladılar. Sülh “Unocal”ın iştirakı ilə beynəlxalq konsorsiumun Xəzər şelfində çıxardığı "ilkin neftin" nəqli üçün Rusiya marşrutunun (Bakı - Novorossiysk) seçilməsinin şərti idi.

Hadisələrin sinxronluğunu vaynah və puştunların tayfa-qəbilə ənənələrinin bənzərliyi ilə izah etmək mümkün deyil. ABŞ-ın “neft ellipsinin” mərkəzi əyalətinin ətrafındakı fəaliyyəti sistemli və razılaşdırılmış xarakter daşıyırdı.

Kombinasiya 1999-cu ilin ortalarında sona çatdı. Elə görünürdü ki, Vaşinqtonun dağılmış daşları bir yerə toplayacağına sanki heç bir şey mane ola bilməz.

Avqustun 7-də çeçen komandirlər Şamil Basayev və Xəttab (hərbi karyerasına Əfqanıstanda başlayıb) Dağıstana hücum edərək, "böyük" Xəzər neftinin Rusiya marşrutu ilə nəqli yolunda ciddi təhdidlər yaratdılar. Nəticədə ATƏT-in İstanbul sammitində (18 noyabr) Azərbaycan, Qazaxıstan, Türkmənistan, Türkiyə və ABŞ rəhbərləri Rusiyadan keçəcək boru kəmərinin (Bakı-Ceyhan) tikintisini dəstəkləmək haqqında bəyannamə imzaladılar.


Sentyabrın 4-də “Taliban” Şimal Alyansına qarşı hücuma keçdi, Əhməd Şah Məsudun dəstələrini iki həftə ərzində məğlub etdi və MDB sərhədlərinə çıxaraq, trans-Əfqanıstan marşrutu boyunca vahid rejim qurdu. “Şimal alyansı” könüllüllərinin əsasını etnik özbəklər və taciklər təşkil edirdi. Bu mənada Özbəkistan rəhbəri İslam Kərimovun sentyabrın 26-da Bişkekə səfəri zamanı verdiyi bəyanat gözlənilməz oldu:

"Baş verən son hadisələrlə əlaqədar Orta Asiya və bütün dünya əhalisi arasında süni panika, şayiələr yayılaraq, psixoz yaradılır ki, bu da investorları region ölkələrindən qorxudub çıxarmaq istəyən müəyyən qüvvələrə sərf edir".

Özbəkistan liderinin bəyanatının oktyabrın 11-də Bişkekdə keçiriləcək MDB dövlət başçılarının sammiti ərəfəsində səsləndiyini xüsusi qeyd etmək lazımdır. Sammitdə Əfqanıstandan ekstremizm ixracının qarşısını almaq üçün Orta Asiya kollektiv təhlükəsizlik qüvvələrinin yaradılması müzakirə olunacaqdı. Yəni vahid (Rusiyayönlü) təhlükəsizlik sistemi yaradılacaqdı.

Kərimovun mövqeyinin kəskin dəyişməsini (əvvəllər o, Özbəkistan İslam Hərəkatını dəstəklədiyinə görə"Taliban"ı tənqid edirdi) Məsudun məğlubiyyətindən dərhal sonra “Taliban” xarici işlər nazirinin müavini Abdurahman Zahidi Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Pikeringin qəbul etməsi ilə izah etmək olar.

Zahidin Vaşinqtona səfəri ərəfəsində “Taliban”ın xarici işlər naziri Vəkil Əhməd Muttavakil bəyan etdi ki, yeni Əfqanıstan hökumətinin ölkə xaricində heç bir marağını yoxdur və şimal qonşuları ilə danışıqlara hazırdır. Amerika-Əfqanıstan danışıqlarından sonra isə ABŞ Mərkəzi Komandanlığının baş komandanı Tommi Rey Franks Qırğızıstana, Özbəkistana və Türkmənistana blits turlar etdi.

Kreml çevrilişi

Enerji manevrlərinə paralel olaraq hərbi-siyasi xarakterli gedişlər də edilirdi. Yeni logistika yerli dövlətlərarası səviyyədə konstruksiya qurulmasını (satrapiyalar) tələb edirdi.

1997-ci ildə Gürcüstan, Moldova və Ukrayna Azərbaycanla birlikdə GUAM blokunun yaradılması təşəbbüsü ilə çıxış etdilər. Daha sonra Özbəkistan da onlara qoşuldu və adda ikinci "U" hərfi meydana çıxdı - GUUAM.



Əvvəlcə blok MDB daxilində bir növ maraqlar klubu kimi formalaşdı və öz növbəsində keçmiş sovet respublikalarının sülh yolu ilə özünəməxsus ayrılması forması idi (Yuqoslaviya ssenarisindən qaçmağın bir yolu). MDB özündə inteqrasiya funksiyasını daşımırdı. Keçmiş sovet funksionerləri vaxtaşırı bir araya gələrək, çay içə-içə "monstrı necə yıxdıqlarını" müzakirə edirdilər.

GUUAM MDB-dən fərqli olaraq, tez bir zamanda yaxşı dərk olunmuş ümumi iqtisadi maraqları olan, Moskvadan enerji asılılığı olmayan olan tamhüquqlu hərbi-siyasi birlik cizgiləri qazanmağa başladı. Xəzər əyalətindən Avropaya daha bir "anti-Rusiya" (Türkiyə və Trans-Əfqanıstandan başqa) nəqliyyat dəhlizi layihəsi beləcə ortaya çıxdı.

GUUAM-ın arxasında əvvəlcə uzaqdan ABŞ-ın kölgəsi görünürdü. Blok ölkələri NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına hamıdan qabaq girdilər və ordularını NATO standartlarına keçirməyə başladılar. Blok ölkələri ərazisindəki qaynar nöqtələrdə Rusiya qüvvələrinin əvəzinə öz sülhməramlı qüvvələrini yaratmaq ideyası irəli sürüldü. Bu ideyanı sınaqdan çıxarmaq üçün GUUAM ölkələri hətta öz şəxsi heyətlərini NATO-nun Kosovadakı sülhməramlı qüvvələrinə göndərdilər.

ABŞ böyük oyun oynadı. Yeni Avropaya Rusiya və Türkiyədən (Gürcüstan - Qara dəniz - Ukrayna - Moldova) keçən enerji tədarükü “vəd edildi”. Bunun ardınca “qazlı” Türkmənistan və “neftli” Qazaxıstan da GUUAM a daxil olmalı idi. Konstruksiyanı Transxəzər qaz kəməri layihəsi birləşdirirdi. Bundan sonra Zbiqnev Bjezinskinin “Böyük Orta Şərq” (Greater Middle East, GME) konsepsiyası çərçivəsində proqnozlaşdırdığı kimi, bloka bütün Orta Asiya və Balkanlar qoşulmalı idi.

Xəritəyə baxsaq, aydın olar ki, planın məqsədi sadəcə dünya bazarına (ilk növbədə Aİ-yə) enerji tədarükü üçün alternativ (ABŞ-ın nəzarətində) yoldan ibarət deyil. Planın həyata keçəyi təqdirdə Rusiyanın qərb və cənub sərhədləri boyunca geniş bir bufer zonası əmələ gəlir.

ABŞ-ın məqsədi sanki Rusiyanı Avrasiyadakı dominant mövqeyindən məhrum etməkdir.

Əslində bufer iki tərəf arasında qurulur: hər iki tərəf həmişə uduzur, qazanan isə buferin operatoru olur. Bu konstruksiyada da Avrasiyadakı bütün mühüm oyunçular məğlub oldu.

GUUAM köhnə Avropanı enerji mənbələrinə birbaşa çıxışdan məhrum etdi. Türkiyə və Suriya tranzit üstünlüklərini itirdilər, bütün Yaxın Şərq buferin arxasında qaldı. Trans-Əfqan layihəsi Çini Mosul və Xəzər əyalətlərindən (Yaxın Şərq və Orta Asiya) ayırdı. Bu gün bu konstruksiyanın qalıqlarının Ukrayna, Suriya, Türkiyə və Baltikyanı ölkələrdə necə alovlandığını görürük (“Şimal axını – 2” ətrafındakı qızğın mübahisələr). Əfqanıstan tortun üzərindəki albalıya çevrilib.

GUUAM hüquqi cəhətdən 2001 -ci il mart 7-də qeydiyyata alınmalı idi. Leonid Kuçma, Eduard Şevardnadze, İslam Kərimov, Heydər Əliyev və Pyotr Luçinski Yaltada rəsmi sənədlərə imza atmaq niyyətində idilər. Ancaq bu zaman qorxunc bir hadisə baş verdi. 2000-ci il ərəfəsində Yevgeni Primakovun və Yuri Lujkovun səyləri ilə siyasi gücünü itirmiş xəstə Boris Yeltsin istefaya getdi. Hakimiyyətə Vladimir Putin gəldi.



Gənc lider andiçmə mərasimindən sonra ilk səfərini Orta Asiyaya etdi. Putin özü ilə birlikdə Daşkənd və Aşqabada gətirdiyi Qazprom rəhbəri Rem Vyaxirevi Türkmənbaşıdan iki dəfə açıq şəkildə üzr istəməyə məcbur etdi, daxili istifadə və re-eksport üçün böyük həcmdə qazın alınması haqda Saparmurad Niyazovla şəxsən danışıqlar aparır.

Daha sonra Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Əsgər Akayev və Robert Koçaryanla görüşlər oldu. ABŞ Prezidenti Bill Klinton Kim Çen İrdən aşağıdakı ikinci onluğa düşdü.

Putinin Orta Asiyaya səfəri ABŞ və Türkiyədə (o zaman ABŞ-ın sadiq müttəfiqi idi) panikaya səbəb oldu. Ankarada və Vaşinqtonda Xəzərdəki strateji məğlubiyyətdən danışmağa başladılar. Türkiyə parlamenti prezident Süleyman Dəmirəli uğursuzluqda günahlandırdı və ABŞ Konqresi isə enerji naziri Bill Riçardsonun istefasını tələb etdi.

Sonra daha da pis oldu. Payızda Bişkekdə Gömrük İttifaqı ölkələri (Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan) Avrasiya İqtisadi ittifaqının yaradıldığını elan etdi və bir ay sonra (2000-ci il oktyabrın 10-da) Astanada bu haqda sənəd imzalandı. Eyni zamanda və gözlənilmədən GUUAM ölkələrində qəribə hadisələr baş verməyə başladı:

- Özbəkistanda yenidən İslam yaraqlıları təhlükəsi yarandı, Kərimov kömək üçün Moskvaya üz tutdu və bu köməyi aldı;
- Moldovada kommunistlər parlament seçkilərində qalib gəldilər, yeni lider Vladimir Voronin Gömrük İttifaqı kursunu götürdü;
- Azərbaycanda Heydər Əliyevin ölümü haqda söz-söhbətlərin yayılması ilə iğtişaşlar hazırlanmağa başladı. Kremlin mətbuat xidməti Əliyevlə Putin arasında telefon danışığı olduğu və sonuncunun ona möhkəm can sağlığı arzulaması barədə bəyanat yaydı;
- Georgi Qonqadzenin öldürülməsi ilə bağlı telefon danışığı qalmaqalından sonra Kuçma impiçmentin astanasına gəldi ərəfəsindədir. Rusiyanın Baş Hərbi Prokurorluğu qəzəblənmiş Yuliya Timoşenkoya qarşı cinayət işi açdı.
Bu hadisələrin hər biri yüksək səviyyəli ikitərəfli danışıqlarla başa çatdı. Nəticədə: Yaltadakı görüş ləğv edildi, GUUAM baş tutmadı (az sonra Özbəkistan onu tərk etdi). Ancaq başqa bir tarixi görüş baş tutdu.
2001-ci ilin iyununda Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) qurdu. Bu gün ŞƏT-ə Hindistan və Pakistan da daxildir, İran və Əfqanıstan müşahidəçi, Türkiyə dialoq üzrə tərəfdaşı statusuna malikdir. Vəziyyət kəskin şəkildə əks istiqamətə doğru dönüb.



Qan axıdan boru kəmərləri

2006-cı ildə Qazaxıstan və Çinin neft daşıyan orta bölgələrini birləşdirən neft kəmərinin birinci xətti istifadəyə verildi. 2009-cu ildə boru kəmərinin ikinci qolu Xəzər dənizi sahillərini ÇXR ilə birləşdirdi. Boru kəmərinin ümumi gücü ildə 20 milyon tondur.

Eyni zamanda Orta Asiya - Çin qaz kəmərinin tikintisi davam edirdi. Ümumi gücü ildə 55 milyard kubmetr olan qaz borusunun üç qolu artıq istifadəyə verilib. Qaz kəməri strukturu Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirdi. Dördüncü qol (daha 30 milyard kubmetr) Tacikistan və Qırğızıstandan keçəcək. Başlanğıc nöqtəsi “Unocal”ın planlarına görə Trans-Əfqanıstan qaz kəmərinin başlanğıcı olacağı düşünülən Qalkınışdır.

Çinə qolu olan Rusiyanın Şərqi Sibir - Sakit Okean neft boru kəmərinin inşası, “Sibirin gücü” və Çinlə 30 illik müqavilənin imzalanması, “Sibirin gücü – 2” layihəsinin inşası Rusiya ilə Çin arasında böyük siyasi müqavilələrin faktiki təsdiqi oldu və ŞƏT-in (Yeni Avrasiya) yaradılmasının iqtisadi əsaslarını tamamladı.

ŞƏT sənədlərinin imzalanmasından bu yana ABŞ-ın bütün hərəkətləri yalnız dağıdıcı xarakter (konvulsiya) daşıyıb . Göründüyü kimi, A planının uğursuz olması halında Ştatların B planı olmayıb, buna görə də ən yaxşı plan bütün planları pozmaq olub.

2001-ci il in 11 sentyabrı tətikləyici oldu. Əfqanıstan müharibəsi zamanı ABŞ-ın SSRİ-yə qarşı qaldırdığı hərbi islam birliklərindən (Əl-Qaidənin qərargahı əvvəl Vaşinqtonda olub) sülh üçün qlobal təhlükə - xaos aləti kimi istifadə olunmağa başladı.

2011-ci ildə Tehran, Bağdad və Dəməşq (şiə koalisiyası) Avropaya (dəniz dibi ilə Yunanıstana qədər) uzanma perspektivi olan qaz boru kəmərinin inşasına dair üçtərəfli memorandum imzaladılar. Dərhal sonra Suriyada vətəndaş müharibəsinə çevrilən qiyam başladı.

Rusiya və Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Bəşər Əsəd rejimini dağıtmaq cəhdlərinin qarşısını aldılar. Bundan sonra İŞID mücahidləri əks istiqamətə döndülər və bir neçə həftə ərzində İraq ordusunu darmadağın edərək, "İslam Dövləti" adı altında nəhəng bir "boz zona" yaratdılar (hazırda ABŞ-ın işğal zonasıdır).

2014 -cü ildə Vaşinqton Bolqarıstanı şantaj yolu ilə “Cənub axını”ndan imtinaya məcbur etdi və o dərhal “Türk axınına” çevrildi. Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan isə parlaq millətçi rəngə boyandı. Bu zaman türk ordusu əvvəlcə Rusiya “Su”sunu vurdu, sonra da Ərdoğanı devirməyə cəhdi etdi.

2017 -ci ildə Qətər (Rusiya və İranla birlikdə “Böyük Qaz üçlüyü”nə daxildir) Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum, GECF) çərçivəsində mövqelərini İran və Rusiyaya yaxınlaşdırmağa çalışdıqdan sonra cızalandlrıldı. Bir il əvvəl Qətər Əmiri ilk dəfə Rusiyaya rəsmi səfər etmiş və Qətərin Suveren Fondu “Rosneft”in özəlləşdirilməsində iştirak edərək, onun səhmlərinin 19,5 faizini 10,2 milyard avroya almışdı.

GECF-in növbəti iclası Moskvada keçirilməli idi. Ancaq bu zaman etnik və dini cəhətdən qonşu və dost ölkələr Qətərə blokada və embarqo elan etdilər.
Məsələ burasındadır ki, Tehran və Dohanın ortaq bir danışıq platforması var - dünyanın ən böyük (dünya ehtiyatlarının 10 faizi) "ortaq" qaz yatağı Fars körfəzi şelfində yerləşir. Qətərdə ona "Şimal Günbəzi", İranda isə "Cənub Parsı" deyirlər.

Qətər bütün qazını İranla "ümumi" bir yataqdan çıxarır, İranın hasilatı isə sanksiyalarla məhdudlaşdırılır.

Qətər qazı dünya bazarına üç yolla çıxır. Dənizdən olan birinci (ən bahalı) yolla qaz və mayeləşdirilmiş formada daşınır. İkinci yol Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə vasitəsilədir (belə bir layihə var idi və Qətər onu təkbaşına maliyyələşdirməyə hazır idi). Üçüncü yol İrandan keçərək Avropaya və ya Mərkəzi Asiyadan keçərək Çinə gedəcək uğursuz "şiə qaz boru kəməri" ola bilər.

ABŞ-ın son hərəkətlərinə xəritə üzərindən baxanda görürük ki, Avrasiyanın bütün kommunikasiya kəsişmələrində ABŞ-ın dəstəyi sayəsində strateji qeyri-müəyyənlik zonaları yaradılıb və fəaliyyət göstərir: bölünmüş Suriya, yarı-muxtar Kürdüstan, yarımmüstəqil Ukrayna.

Strateji cəhətdən qeyri-müəyyən zona iqtisadi baxımdan ağ investisiya ləkəsi kimi görünür.



Sadə dillə desək, bura biznes üçün qapalı zonadır. Başına silah dirəməsən, heç bir investor belə bir zonaya sərmayə qoymaz.
Belə bir şəraitdə ABŞ-ın Əfqanıstandan çəkilməsi və orada vətəndaş müharibəsinin başlaması təbii və məntiqli görünür. Vaşinqtonun məğlubiyyəti kimi deyil, məhdud imkanlar şəraitində strateji gediş kimi görünür.

Dənizlərdə, dalğalarda

Hakimiyyətlərə yaxın olan yerli mütəxəssislər dünya hadisələrini əksər hallarda subyektiv şəkildə şərh edirlər. Bu ya eqosentrizmdir, dövlətin uşaq mentallığının (sabit milli mövqenin olmaması) əlamətidir, ya da müəyyən bir liderin şəxsi maraqlarının kollektivdən üstünlüyünü sübut edən psixoloji xüsusiyyətlərinə əsaslanır(sistemli düşüncənin olmaması/layihə planlaşdırılmasının olmaması).
Birinci hadisənin bariz nümunəsi, “Şimal axını-2” ətrafındakı toqquşmanın ABŞ və Rusiya qazı arasındakı rəqabət mübarizəsi kimi şərh edilməsidir. "Niyə Novatek əleyhinə heç bir sanksiya yoxdur, niyə Rusiya qazının Ukrayna üzərindən tranziti nəinki qadağan edilmir, hətta Amerikanın bütün güc platformalarında alqışlanır və müdafiə olunur?” sualını heç kim vermir.

İkinci nümunə Bill Klintonun Əfqanıstana endirdiyi raket zərbəsinin izahı Monika Levinski qalmaqalı, Donald Trampın Suriyaya atdığı “Tomaqavk” zərbəsinin səbəbi isə qızı İvankanın "canıyanan" xahişidir.

Böyük siyasi qərarlar qəbulunda, əlbəttə ki, şəxsi amil rol oynayır. Ancaq onu üstün bir səviyyəyə qaldırmaq, özünü hüquqdan və adekvat cavab almaq imkanından məhrum etməkdir. Bu özünü inkişaf strategiyasından məhrum etmək deməkdir. Belə hallarda Rusiyanın iki min iyirminci, otuzuncu və ya əllinci ilədək olan istənilən iqtisadi artım proqramı ABŞ-ın iqtisadi artım proqramının proyeksiyasından başqa bir şey deyil.

Bizə uzun müddət hər hansı bir prosesi korporativ fayda baxımından qiymətləndirməyi öyrədiblər və buna alışdırıblar, ancaq dövlətlərarası məkanda bazar abstraksiyalarına milli mundirlər geyinilir.

Qlobal oyunçuların gəlirləri və xərcləri xaricində qlobal bazar yoxdur.

“Böyük Qaz Oyununun” kolliziyası ticarət mənfəəti və zərərlər səviyyəsində formalaşmır. Münaqişə dünya iqtisadiyyatının gələcək konfiqurasiyası ətrafında inkişaf edir. Müharibə boru kəməri ilə LNG (Mayeləşdirilmiş təbii qaz), quru ilə dəniz, Karfagen və Roma arasında gedir.

Dəniz "ümumi normanın" pirat məkanını yaradır, amma boru inklüzivdir. Dənizdə sərhəd və gömrük yoxdur. Boru qanuni qarşılıqlı əlaqə, tariflərin unifikasiyasını, kredit-pul münasibətlərinin razılaşdırılmasını və ərazisindən keçdiyi dövlətlərin siyasi kompromisini tələb edir.

Obrazlı desək, boru məkanı inteqrasiya edir. Dəniz ortaya çıxan risklərin, problemlərin və ziddiyyətlərin tam müəyyən edilmiş gündəliyində meqa-tənzimləyici statusu olan universal vasitəçi tələb edərək onu parçalayır. Məsələn, Karl Polanyi dünya bazarının formalaşması zamanı yəhudi kapitalının yüksəlmə fenomenini "Avropa pariyalarında" (siyasi cəhətdən neytral vasitəçi) dövlət marağının olmaması ilə izah edib.

Yenidən formalaşan qaz bazarının dəniz variantını ABŞ-ın prioriteti müəyyən edir, dollar kürəsini uda bilməsə də, onun daxilindəki təzyiqi xeyli aşağı salan birja əməliyyatlarının nəhəng həcmini formalaşdırır. Qurudan keçən boru Yeni Avrasiyanı formalaşdırır (bu gün Avropa və Asiya arxipelaqlar olaraq ada məntiqi ilə tərəfdaşlıq edirlər).

Dünya bazarında təhlükəsizlik rejimini kimin təmin edəcəyini "Böyük Qaz Oyunu"nun nəticəsindən (öhdəliklərin yerinə yetirilməsinin təminatı), deməli, risklərin hansı valyutada sığortalanacağından (investisiya mənbəyi) asılıdır.

Hər iki parametr (təhlükəsizlik və valyuta öhdəlikləri sistemi) birbaşa əlaqəlidir - biri digəri olmadan mümkün deyil, sərt reqlament olmadan bazarın mümkünsüzlüyü kimi.

ABŞ-ın məqsədi Rusiya və ya İran qazı ilə rəqabət aparmaq deyil. Məqsəd hər iki qazı dənizə qovmaqdır. Suriya və Əfqanıstanı İranı Hind okeanına doğru itələyir. Ukrayna və “Şimal axını – 2”-yə qarşı sanksiyalar rusları LNG-yə aparır. Dünya enerji bazarının yeni konfiqurasiyası formalaşanda Vaşinqtonu artıq nə qazın milliyyəti, nə də qiyməti ilə maraqlanacaq.

Tarix: 11-11-2021, 09:45
Xəbəri paylaş





Xəbər lenti