Gələn il referendum olacaq? – “Həmin gün tarixə qızıl hərflərlə yazalıcaq”


“Köhnəlmiş, dəlmedeşik edilmiş, məntiqi ardıcıllığı pozulmuş, qüvvələr ayrımını tamamən aradan qaldırmış, lazımsız cümlələrlə doldurulmuş, hərbi qələbəni özündə ehtiva etməyən Konstitusiyanın son bayramıdır. Ölkəmizə yeni Ana Yasa, çağdaş, Azərbaycanın təməl problemlərini həll edə biləcək, yeni “oyun qaydalarını” təsis edəcək Konstitutsiya lazımdır”.
 
Siam.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 

 
N.Cəfərli ümid edir ki, gələn il referendum olacaq və həmin gün tarixə qızıl hərflərlə yazalıcaq, hər bir Azərbaycan vətəndaşının fəxr, qürur günü olacaq: “Bu gün qüvvədə olan Konstitusiyanın çalışmadığının problemi əsasən sənədimizin özünün yazılış qaydası və müddəalarıdır. Ona görə də Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi vəziyyəti düzəltməyəcək, topyekun yenidən yazılmış işlək Ana Yasa artıq olmazsa-olmazdır..
Pravda.az
Tarix: 13-11-2021, 10:37
Xəbəri paylaş





Xəbər lenti