Paşinyan görüşdən niyə imtina edib?



Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə noyabrın 9-da videokonfrans formatında üçtərəfli görüşdə iştirakdan imtina etməsinin səbəbini açıqlayıb.
 
Paşinyan bunun səbəbini belə izah edib: “Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, ancaq bu ideya problemli idi. Çünki 9 noyabr bizim üçün ağır gündür. Ancaq mən yenə də dedim ki, əgər konkret qərarlar, məsələn, erməni hərbçilərin qaytarılacağı məsələsi aydınlaşdırılacaqsa, 9 noyabr görüşünə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, - deyə Paşinyan qeyd edib.
Tarix: 24-11-2021, 08:11
Xəbəri paylaş





Xəbər lenti