Yaxşı idarəetmənin təməl prinsipləri


Iqtisadçı Rövşən Ağayev
Türkiyə Mərkəzi Bankının başkan yardımçısı, bir müddət isə İstanbul Birjasında məsuliyyətli şəxslərdən olmuş İbrahim Türhanını dediyi təkcə onun ölkəsinə aid deyil.
Türkiyənin üzləşdiyi ağır iqtisadi problemlərdən çıxış edərək deyir ki, yaxşı idarəetmənin 4 təməl ünsüründən hər vəchlə qaçan ölkələrdə tez və ya gec dərin problemlər qaçılmazdır:
  1. Ədalət – bürökratlar ədalətli davranmağa məhkumdurlar. Yəni bütün tərəflərə qarşı bərabər davranmağı bürokrat ləyaqəti tələb edir
  2. Hesab verməyə hökmlü olmaq – hesabatlılıq hökumət üçün təməl öhdəliklərindən olmalıdır. Hökumətin hesabını verə bilmədiyi heç bir fəaliyyət olmamalıdır
  3. Şəffaf olmalıdır – qəbul etdiyi hər bir qərar açıq olmalıdır
  4. Cəmiyyətə qarşı maksimum məsuliyyətli davranmağı özünə borc bilməlidir.
Bir daha yazıram, nə qədər ki, nəhəng resurs pulları bütün problemlərin, pis idarəetmənin, hesabatsızılığı və qeyri-şəffaflığın üzərinə pərdə çəkmək qüdrətinə sahibdir, bu sadalanan 4 təməl sütun bizim üçün cansıxıcı və maraqsız görünəcək.
Resurs pulları olmayanda isə biz elliklə hətta gün işığında əlimizdə çıraq həmin “dördlüyü” axtaracağıq…
Tarix: 25-11-2021, 21:40
Xəbəri paylaş





Xəbər lenti