Rüstəm Muradov dünən Rusiya müdafiə nazirinin iki müavini ilə Xankəndinə niyə gəldi?..

Rüstəm Muradov dünən Rusiya müdafiə nazirinin iki müavini ilə Xankəndinə niyə gəldi?..
Rusiya generallarının Qarabağdakı separatçı-terrorçu rejimin üzdəniraq hərbi-siyasi rəhbərliyi nümayəndələrinin heç biri ilə görüşü olmayıb…
 
Xəbər verildiyi kimi, Ermənistan müdafiə nazirinin  müavini Arman Sarkisyanın sərhədlərin demarkasiya və delimitasiyası üçün Moskvadan hər hansı nümayəndə heyətinin gəlmədiyini söyləməsinə rəğmən erməni mediası sözügedən məsələ üzrə belə bir komissiyanın fəaliyyəti barədə növbəti məlumatları yaymaqda davam edir.
 
Moderator.az xəbər verir ki, bu gün – dekabrın 10-u səhər saatlarında “Qraparak” nəşri Rusiya “sülhməramlıları”nın keçmiş komandanı, hazırda Rusiya Silahlı Qüvvələri Cənub  dairəsinin komandan müavini olan general-leytenant Rüstəm Muradovun dünən – dekabrın 9-da Moskvadan gəlmiş bir neçə nümayəndə ilə birlikdə Qarabağda və Gümrüdə olmaları haqda informasiya yayıb.
 
Xəbəri olduğu kimi nəzərinizə çatdırırıq:
 
“Əldə etdiyimiz məlumata görə, dünən İrəvana gələn demarkasiya və delimitasiya komissiyasının Rusiya nümayəndələri arasında Rusiya müdafiə nazirinin iki müavini də olub. Onları Erebuni hərbi aerodromunda Rusiyanın Qarabağdakı sülhməramlılarının keçmiş komandanı, Rusiya tərəfdən bu komissiyanın işinə rəhbərlik edəcək general-leytenant Rüstəm Muradov qarşılayıb. İrəvana çatdıqdan sonra onlar Stepanakertə(Xankəndinə-S.L.) yola düşüblər və burada sülhməramlı qoşunlar və onların komandanlığı ilə görüşüblər.
 
Yeri gəlmişkən, mənbələrimizə görə, Rusiya tərəfi Azərbaycanın Qarabağda dinc əhaliyə qarşı zorakılığından narahatdır, çünki bunun böyük anti-Rusiya dalğasına səbəb olacağını anlayır. Muradovun Ermənistana sonuncu uzunmüddətli səfərinin səbəbi də budur. Yalnız onun varlığı Azərbaycan tərəfini müəyyən qədər çəkindirir. Əldə etdiyimiz məlumata görə, Rusiya generallarının Qarabağın hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin heç biri ilə görüşü olmayıb. Dünən Rusiyadan gəlmiş nümayəndə heyəti Gümrüyə, Rusiyanın 102-ci hərbi bazasına da gedib və bu gün böyük ehtimalla Ermənistanı tərk edəcək”.
 
P.S....

Tarix: 10-12-2021, 09:56
Xəbəri paylaş





Xəbər lenti