Azərbaycanda informasiya almaq hüququnun pozulduğu tanınıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 9-da Azərbaycana münasibətdə ilk dəfə informasiya əldə etmək hüququnun pozuntusunu tanıyıb.
Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyevin işi Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsiri barədə məlumatların verilməməsi və yerli məhkəmələrin bundan şikayəti təmin etməməsi ilə bağlı idi.
Ərizəçi Konvensiyanın 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinə söykənərək AİHM-ə dövlət orqanlarının ictimai maraq kəsb edən məlumatları qapalı tutmasından və bununla bağlı məhkəmə qərarlarının qanunsuzluğundan şikayət etmişdi. Şikayətlər AİHM-ə 2012-13-cü illərdə təqdim edilmişdi. AİHM hər iki iş üzrə ərizəçinin Avropa Konvensiyasının 10-ci və 6-cı maddəsi ilə təminat altına alınan hüququnun pozulmasını tanıyıb.
Məhkəmənin qərarına əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçiyə 1500 avro təzminat ödəməlidir.
Bu qərara, hələlik, Azərbaycanda cavabdeh qurumların və Məhkəmə Hüquq Şurasının münasibətini almaq mümkün olmayıb.
Azadlıq radiosu
Tarix: 10-12-2021, 14:09
Xəbəri paylaş





Xəbər lenti