"Putin SSRİ-ni yenidən yaradır": "Yedikləri ilə doymur..."- ABŞ


"Putin SSRİ-ni yenidən yaradır": "Yedikləri ilə doymur..."- ABŞ

"Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını yenidən yaratmaqla tarixə düşmək niyyətindədir".
Cebhe.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Senatda dinləmələrdə bildirib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti SSRİ-nin bərpasını “Putinin irsinin layihəsi” hesab edir: “Kim bilir, onun iştahı yedikləri ilə doyacaq, yoxsa yoluna davam etmək qərarına gəlib?"
Nuland həmçinin qeyd edib ki, əgər Rusiya Ukraynanı işğal etmək planlarını həyata keçirsə, o zaman müharibə Ukrayna üçün son dərəcə qanlı və çətin, eyni zamanda Rusiya üçün son dərəcə qanlı və çətin olacaq:
"Çünki hazırda müharibəyə Ukrayna 2014-cü ildən daha yaxşı hazırlaşıb”.
Xatırladaq ki, ABŞ hakimiyyəti Ukraynaya müdaxilə olacağı hada Rusiya Federasiyasını dünya maliyyə sistemindən təcrid etmək imkanını nəzərdən keçirir.
Bu, hakimiyyət orqanları, həm də əhali üçün keçərli ola bilər.
Tarix: 10-12-2021, 17:20
Xəbəri paylaş





Xəbər lenti