“Brüsselin gündəmində “dəhliz”, “sərhəd” və “sülh sazişi” kimi mövzuları yoxdur”


“Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçlü görüş gerçəkləşdirərkən növbəti Brüssel görüşü barədə müsbət fikirlər demişdi. O, Brüsseldə fikir mübadiləsinin daha da dərinləşəcəyinə olan ümidini səsləndirmişdi. Putinin bu sözləri publikaya hesablanıb. Reallıqda Kreml Azərbaycanla Ermənistan arasında vasitəçiliyi və moderatorluğu heç kimlə bölüşmək istəmir. Təsadüfi deyil ki, liderlərin Brüssel görüşü barədə məlumat yayılan kimi Kreml tələsik Soçi görüşünü təşkil etdi”.
 
Pravda.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
 
Qeyd edib ki, Soçidə qəbul olunan sənəddə xüsusi yenilik olmadı: “Açıqlamada yer alan “kommunikasiya xətlərinin açılması və sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların sürətləndirməsi” konsepsiyası isə söz olaraq qalıb, irəliləyiş yoxdur. Kreml Brüsselin vasitəçilik və ya moderatorluqda ona şərik olmasını istəmir. Brüsellin heç buna iddiası da yoxdur. Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərini “Şərq Tərəfdaşlığı” Proqramı toplantısı çərçivəsində görüşdürməklə sadəcə Moskvaya “biz də varıq” mesajını göndərmək istəyir. Yəni, Brüsselin gündəmində Azərbaycanla Ermənistan arasında “dəhliz”, “sərhəd” və “sülh sazişi” kimi mövzuları yoxdur. Bu isə bizim üçün əsas mövzulardır”.
Tarix: 14-12-2021, 21:42
Xəbəri paylaş





Xəbər lenti