Paşinyan: “Azərbaycan Prezidenti ilə razılaşmanı təsdiqlədik"



"Bu mühüm razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik"
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş, əldə olunan razılıq barədə danışıb. AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan Azərbaycan və Ermənistan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılığa gəlindiyini söyləyib.
“Biz Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə dair razılaşmanı təsdiqlədik”, - deyə Paşinyan qeyd edib.
"Razılıq üçtərəfli İşçi Qrupunun Ermənistan, Rusiya və Azərbaycanın Baş nazirinin müavininin görüşləri zamanı əldə olunub. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüş zamanı müəyyən edilib", - Ermənistan Baş naziri əlavə edib.
Paşinyan qeyd edib ki, Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar həyata keçiriləcəyi zaman regionda siyasi, iqtisadi, eləcə də təhlükəsizlik mühiti dəyişəcək: "Razılaşmaları qiymətləndirməmək mümkün deyil. Bu mühüm razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik”.
"Yaxın vaxtlarda bu məsələnin həllinə köklənmək lazımdır. Onu da bildirim ki, gündəlikdəki ikitərəfli məsələlər barədə təmasların Azərbaycan Prezidenti İlham Əliyevlə davam etdirilməsi barədə razılıq əldə edildi. Tərəflər ümumi yanaşma və baxış bucağı formalaşdırmaq, həmçinin fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar", - Paşinyan vurğulayıb.
Tarix: 16-12-2021, 14:58
Xəbəri paylaş





Xəbər lenti