Nazir: "Rayon təhsil şöbələri ləğv edilməyib”



Emin Əmrullayev: “Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək”
“Regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil”.
AYNA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
Nazir deyib ki, hər rayonda təhsili idarə edən qurumlar olacaq. Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək.
Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.
Tarix: 21-12-2021, 14:16
Xəbəri paylaş





Xəbər lenti