"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq" - Paşinyan



Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.
 
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlyan rejimdə baş tutan media konfransında deyib.
 
“Əlbəttə biz bu mövzuda danışıqlara başlamağa və sülh müqaviləsini imzalamağa hazırıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqlar üçün gündəlik təklif etmişdilər ki, onun bəndlərindən biri də hərtərəfli sülh yolu ilə nizamlanma məsələsi idi. Bəli, biz bunda maraqlıyıq”, - deyə Paşinyan bildirib.

Tarix: 24-12-2021, 22:46
Xəbəri paylaş





Xəbər lenti