Putin SSRİ-nin dağılmasından 30 il sonra zamanı geriyə döndərmək istəyir... - ŞƏRH

Putin SSRİ-nin dağılmasından 30 il sonra zamanı geriyə döndərmək istəyir... - ŞƏRH
SSRİ-nin dağılmasından ötən 30 il ərzində Rusiya alçaldılmış bir ölkədən Qərbə meydan oxuyan mübariz güc dövlətinə çevrilib. Rrusiyalılar 90-cı illərdə NATO-nun Şərqə doğru genişlənməsini ağrılı keçiriblər. Bu gün Vladimir Putin Qərbdən gecikmiş revanş, faktiki olaraq Şimali Atlantika alyansına zamanı geriyə döndərməyi və özünü buraxmağı təklif edir”.
Moderator.az bildirir kibu sətirlər Fransanın gündəlik Les Echos” qəzetindəki məqalədəndir“1991-ci ildən 2021-ci ilə qədər Rusiya dünya səhnəsindən lağ edilərək uzaqlaşdırılmış marjinal vəziyyətindən silah səsləri ilə söz savaşı arasında qeyri-müəyyənlik diplomatiyasından və öz mövqelərini bərkitmək üçün daim təhlükəli vəziyyətlərdən məharətlə istifadə edərək hər yerə uçmağı bacaran şahinə çevrilib", - deyə məqalədə bildirilir.
 
Məqalə müəllifi qeyd edir ki, hazırda Mixail Qorbaçovun ABŞ-la tərksilahla bağlı danışıqlarının görüntüləri Rusiyanın ilk prezidenti Boris Yeltsinin Qərb ölkələri arasında manevr edən, sonra isə alkoqol aludəçiliyinə və xəstəliyə düçar olmuş görüntüləri kimi uzaq görünür. Rusiyalılar sevinir ki, Vladimir Putinin gəlişi ilə Qərbə müqavimət göstərə bilmək üçün beynəlxalq statuslarını və nüfuzlarını bərpa edə biliblər. Lakin ölkə beynəlxalq sistemə get-gedəə daha çox inteqrasiya etdikcə, Rusiyanın özündə, o cümlədən prezidentə sadiq seçicilərdə narahatlıq artır: orduya, hərbi xərclərə və müharibə təhlükəsinə üstünlük verilməsi yeni təcridə gətirib çıxarmayacaqmı?

“Heç kim bizimlə danışmaq istəmirdi. İndi isə bizə qulaq asın", - deyə Vladimir Putin 2018-ci ildə yenidən seçilməzdən az əvvəl xalqa müraciəti zamanı fəxrlə demişdi. Sözlərinə təsdiq olaraq, prezident Rusiya raketlərinin və digər yüksək texnologiyalı silahların yeni xəttini nümayiş etdirdi və Rusiya silahlarının dünyadaki digər müdafiə sistemlərindən üstün olacağına söz verdi, - deyə məqalə müəllifi xatırladır.
 
Nəşr yazır ki, üç ildən sonra prioriteti NATO-nun genişlənməsinin qarşısını almaq olan Vladimir Putin Rusiya qoşunlarının Ukrayna yaxınlığındakı son hərəkətləri ilə bağlı qeyri-müəyyənliyini qoruyur. Keçmiş sovet respublikası müstəqillik əldə etdikdən 30 il sonra prezident izah edir ki, Ukrayna torpaqları vaxtilə Kiçik Rusiya adlandırılıb və “Ukrayna” sözü sadəcə olaraq “kənar” (okraina) mənasındadır.
 
NATO-ya gəlincə, 1991-ci ildən, düşməni sovetlər yoxa çıxandan sonra blok dağılmadı. Əksinə, o vaxtdan bəri təşkilat daim güclənib və genişlənib ki, bu da rusiyalılar tərəfindən alçaldılma kimi qəbul edilib. Keçən həftə Vladimir Putin, deyəsən, gecikmiş qisası almaq istəyirdi: o, NATO-nu öz prinsiplərindən və öhdəliklərindən imtina etməyə, qüvvələrini geri döndərməyə, yaxın və orta mənzilli raket buraxılış qurğularını yığışdırmağa və hərbi təlimləri dayandırmağa çağırıb, - deyə Les Echos xatırladır. “Bir sözlə, o, az qala ultimatum verərək NATO-nun özünü buraxmasını tələb edir və SSRİ-nin dağılmasından 30 il sonra zamanı geri döndərmək istəyir", - deyə müəllif fikrini yekunlaşdırır.
Tarix: 26-12-2021, 22:15
Xəbəri paylaş





Xəbər lenti