"ABŞ-NATO-Aİ Putinin qarşısında geri çəkilsə, nəticə çox ağır olacaq" - ŞOK AÇIQLAMA

“ABŞ-NATO-Aİ Putinin qarşısında geri çəkilsə, nəticə çox ağır olacaq” – ŞOK AÇIQLAMA
“Cənab Putinin bu gün apardığı siyasət Hitlerin 85 il bundan öncə apardığı siyasətin təkrarıdır. İkinci dünya müharibəsinə səbəb olmuş, 50 milyondan çox insanların məhv olmasına gətirib çıxarmış bu müharibənin başlama səbəblərini Avropanın yenidən yaddan çıxarmasının nəticələri daha ağır ola bilər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri sabiq spiker Rəsul Quliyev səsləndirib.
O bildirib ki, 3-cü dünya müharibəsi ən azı 200 milyondan artıq insan tələfatı ilə nəticələnə bilər.
“Hitler hakimiyyətə gələndən sonra müxtəlif tələblərinin yerinə yetrilməsinə başladı. O dövrdə zəif olan Almaniyanın şıltaq kanslerinin tələblərini yerinə yetirənlərin tarix qarşısında buraxdığı səhvlərin nəticələri hamıya məlumdur. 1938-ci ildə Hitler Çexoslovakiyanın Sudet vilayətinin ona verilməsi ilə sakitləşəcəyinə, əmin-amanlığa əməl edəcəyinə söz verdi. BB-nın və Fransanın premyerləri sevinclərindən özlərinə yer tapmırdılar. Nəhayət Hitlerlə dil tapdıq, biz böyük siyasətçilərik deyib xalqlarını aldadırdılar. Hitler Sudet vilayətindən sonra bütün Çexoslovakiyanı işğal etdi. Onun ardınca Avstriya işğal edildi. Sonra Stalinlə müqavilə bağlayıb birlikdə Polşanı işğal etdilər və ikinci dünya müharibəsi başladı”
Rəsul Quliyevin sözlərinə görə, cənab Putin heç bir danışıq aparmadan 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziyanı həyasızcasına işğal etdi. Avropa və ABŞ 1938-ci ildə olduğu kimi səslərini çıxarmadı. 2014-cü ildə Krımı və paralel Ukraynanın Donbas vilayətlərini işğal etdi. Krımı qoruyacaqları barədə müqaviləyə imza atmış ABŞ və Böyük Britaniya Rusiyaya heç NOTA belə vermədi.
“İndi Rusiya ABŞ, NATO və Aİ-dən Ukrayna və Gürcüstanın ittifaqa qəbul edilməməsi tələbini irəli sürüb. Bu strukturlar həmin 1938-ci ildəki kimi aqressor Putinlə (müasir Hitler) danışıqlar aparmaq istəyir. Yəni ya mən dediyimi etməlisiniz, ya da mən əvvəl Ukraynanı işğal edəcəyəm, sonrasına baxarıq. Bu dəfə də Qərb ölkələri zəiflik göstərib Putinin tələblərinin bir faizinə belə əməl etsə, Rusiyanın Belarusu bütövlüklə işğal etməsi həyata keçiriləcək. Demək olar ki, 80 faiz Rusiyanın əhatəsində olan Ukraynanı tutmaq daha da asanlaşacaq. Onun ardınca Qazaxıstana qoşun yeridəcək. Abxaziya və Cənubi Osetiya (Rusiya) birləşib Gürcüstana hucum edəcək. Ermənistandakı hərbi kontingentini iki dəfə artıracaq. Ardınca Azərbaycanda hərbi bazalarını yerləşdirəcək. ABŞ-NATO-Aİ bunları anlamayıb Putinin qarşısında geri çəkilsə, nəticə çox ağır olacaq. Ona görə Putinə çox qətiyyətli yox deməklə yanaşı təcili Gürcüstan və Ukraynanı NATO-ya qəbul etmək lazımdır”, –  deyə sabiq spiker əlavə edib.
Tarix: 3-01-2022, 22:25
Xəbəri paylaş





Xəbər lenti