Qazaxıstan dərsləri: "Dövlətlər nəticə çıxarmalı və öz daxili siyasətlərini buna uyğun qurmalıdır"


Qazaxıstan dərsləri: "Dövlətlər nəticə çıxarmalı və öz daxili siyasətlərini buna uyğun qurmalıdır"Almatıda etirazlar

Yüksel Karauz: “Rusiya Orta Asiyada baş verənlərdən kifayət qədər narahatdır”

“Qazaxıstan hadisələrinin iki səbəbi var. Bunlardan biri daxili, digəri isə xarici səbəblərdir. Bunlar da bir-birini bağlayaraq sonda ictimai hərakata, yəni daxili qarışıqlığa və vətəndaş qarşıdurmasına çevrildi”. - bu fikirləri Bizimyol.info saytına açıqlayan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz bildirdi ki, bu hadisələri iqtisadi və gəlir ədalətsizliyi kimi adlandırmaq da düzgün deyil.
Yücel Karauz Yücel Karauz
Rusiyanın bu hadisələrdə gizli və ya açıq maraqlarının, hətta iştirakının olması ilə bağlı səsləndirilən iddilara münasibətini açıqlayan müsahibimizin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bi müddət əvvəl həm Türkdilli dövlətlər, həm də Qazaxıstanla bağlı müəmmalı fikir səsləndirdi və bu ölkəni Rusiyanın “arxa bağçası” adandırdı: “Bu gün Rusiya, ABŞ başda olmaqla, Qərb və NATO-nun SSRİ-dən qopmuş dövlətlərdəki təsir gücünün artmasını və bölgədə yerləşməsini istəmir. Təbii ki, Moskvanın əsas siyasi məqsədi, həmin ölkələrdə özünə yaxın qüvvələrin hakimiyyətə gəlməsi və ölkələrdəki təsir dairəsinin genişləndirilməsi ilə bağlıdır”.
Bu hadisələrin eynisinin 2011-ci ildə də baş verdiyini xatırladan Y.Karauzun qənaətincə, bu hadisələrdə təkcə Rusiyanı günahlandırmaq düzgün olmaz: “Ancaq tək Rusiya deyil, Qərb ölkələri də qarışıqlıq salacaqları ölkələrdə əvvəlcə əhalinin ehtiyacı olan məsələləri diqqət mərkəzinə gətirirlər. Sonra isə sadə xalqın tələblərindən istifadə edərək yeni ictimai hərakatın vətəndaş qarşıdurmasına çevrilməsi üçün bütün vasitələrdən istifadə etməyə başlayırlar”.
Qazaxıstanın dünyanın doqquzuncu böyük dövləti olduğunu xatırladan keçmiş attaşenin fikrincə, bu dövlətin dağılması və parçalanması heç bir dövlətin siyasi və digər maqraqlarına uyğun gəlməz:
“Hətta ölkəsində qarşıdurma yaradan xalqa hörmət gətirməyəcək. Bəlli ümidlərlə küçələrə çıxaraq tələblər irəli sürən insanları qızışdıraraq dövlətinə qarşı təxtibatlara cəlb etmək də heç bir tərəfə fayda gətirməyəcək. Bu, İraqda, Suriyada və Liviyada da fayda vermədi. İnsanlar başqa dövlətlərin oyuncağı və siyasi məqsədlərinin alətinə çevrilməməlidir. Buna görə də, qazax xalqını sağlam düşünməyə və bu ölkənin parçalamaq istəyənlərə qarşı çıxmağa dəvət edirəm”.
Bu ölkədə, baş verənlər səbəbləri və nəticələri ilə birlikdə yeni bir dövrün başlandığını deyən həmsöhbətimizin sözlərinə görə, bu hadisələrdən təkcə bölgə ölkələri deyil, həmçinin Polşa, Macarıstan və Moldava daxil olmaqla, həm Avropa, həm də Asiya dövlətləri nəticə çıxarmalı və öz daxili siyasətlərini buna uyğun qirmalıdırlar.
Yücel Karauz, Türkdilli Dövlətlər Təşkilatının bu məsələ ilə bağlı dərhal münasibət bildirməsinin vacibliyini diqqətə çatdırdı: “Düzdür, təşkilatın silahlı gücü yoxdur, amma mütləq toplanmalı, bölgəyə müşahidəçi göndərməli və ölkədə sabitliyin bərpa olunması üçün vasitəçilik etməlidir. Qazaxıstanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Ermənistanın insafına buraxmaq olmaz”.
  • Bu gün Qazaxıstan adıçəkilən təşkilatın bir üzvüdür. Bəs bu hadisələri ölkənin təşkilatdakı gücünün artmasının və atdığı addımların qarşılığında verilən cəza kimi düşünmək olarmı?
Bu suallara razılaşan briqada generalı bildirdi ki, təşkilatın yaranmasında və böyüməsində Qazaxıstanın və Nursultan Nazabayevin də böyük rolu olub: “Ölkə daxili proseslərdə Rusiyanın mövqeyinin zəiflədilməsi, rus dilinin ikinci dilə çevrilməsi, qazax əlifbasının kiril qarifikindən latın qarifikinə keçməsi və təşkillatdakı rolunun artması bu hadisələrin əsas qaynağıdır. Əgər Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələləri də dəyərləndirsək, görərik ki, Rusiya həm Qafqazda, həm də Orta Asiyada baş verənlərdən kifayət qədər narahatdır. Təşkilatla bağlı fikirlərə gəlincə, ağıl və güc, yəni siyasi, iqtisadi və hərbi güclər birləşməlidir. Əks halda bu baş verənlər 30 il ərzində ölkənin müstəqilliyi üçün çəkilən əziyyətləri və Türkdilli Dövlətlər Təşkilatının Naxçıvan anlaşmasının nəticələrini hədər edə bilər”.
Qeyd edək ki, bir qədər əvvəl Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş verənlərlə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, TDT Qazaxıstanda sülh və sabitliyə verdiyimiz əhəmiyyəti vurğulayır və üzv ölkə Qazaxıstanla güclü həmrəyliyini bildirir.
"Biz qardaş qazax xalqının sağlam düşüncəsinə və normal həyata qayıtmaq istəyinə arxalanırıq. Biz inanırıq ki, Qazaxıstan hakimiyyəti sülh yolu ilə gərginliyi azaltmaq, asayişi və sakitliyi bərpa etmək gücünə malikdir. Biz bəyan edirik ki, Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazırıq. Hadisələrdə həyatını itirənlərə başsağlığı verir və yaralananlara şəfa diləyirik",- deyə bəyanatda vurğulanır.
Tarix: 6-01-2022, 16:36
Xəbəri paylaş





Xəbər lenti