"Bu, Nursultan Nazarbayevə ölkəni özəl şirkəti kimi idarə etməyə haqq vermir...”


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qazaxıstandakı hadisələri şərh edib.
Musavat.com xəbər verir ki, bu barədə “Gruziya Online” saytı məlumat yayıb.
“Mən qazax xalqının azadlıq uğrunda mübarizəsini alqışlayıram. Bu onu göstərir ki, bu cür rejimlər nə qədər repressiya tətbiq edirsə, etsin, insanları tutsun, xüsusi təyinatlılar yeritsin, əsas güc azadlıqsevər insanlardadır”,-deyə M.Saakaşvilinin müraciətində deyilir.
“İnsanlar korrupsiyaya, sosial ədalətsizliyə və qeyri-rəsmi idarəçiliyə dözmək istəmirlər. Ötən ilin sentyabr ayında mən bir sıra qazaxıstanlı müxalifətçi ilə görüşdüm və həmin vaxt Qazaxıstanın vətəndaş cəmiyyətinin dəyişikliklərə hazır olduğunu anladım”,-deyə keçmiş prezident yazıb.
Mixail Saakaşvili keçmiş həmkarı Nursultan Nazarbayevi də “unutmayıb”: “Əslində Nazarbayev İvanişvilidən fərlqi olaraq ölkəsi üçün çox işlər görüb. Lakin bu, ona ölkəni özəl şirkəti kimi və qeyri-rəsmi şəkildə idarə etməyə haqq vermir”,-deyə o, qeyd edib.
Tarix: 6-01-2022, 22:00
Xəbəri paylaş





Xəbər lenti