Putinin təhlükəli oyunu: “Bunun bədəlini Rusiya ödəyəcək” – Şok iddia

Putinin təhlükəli oyunu: “Bunun bədəlini Rusiya ödəyəcək” – Şok iddia
Rusiya Qazaxıstan prezidentinin dəvəti ilə ölkədəki proseslərə fəal şəkildə müdaxilə etməyə başlayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində ölkəyə 3000 desant göndərən Rusiya digər ölkələrdən gələn qoşunlara da komandanlığı öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, “Moskva Tayms” qəzeti məsələ ilə əlaqədar ekspertlərə sual ünvanlayıb.
Kremlə yaxın siyasi ekspert Andrey Kortunov hesab edir ki, indiki müdaxilə hərbidən daha çox “polis fəaliyyəti” xarakterindədir və daimi deyil, müvəqqətidir. Kortunov bildirib ki, hərbi mövcudluğun uzadılması durumunda Rusiya mənfi nəticələrlə üzləşə bilər.
Kortunov 2020-ci ildə Qırğızıstanda baş verən hadisələrdən və 2021-ci ildə Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra Rusiyanın müdaxilə etməkdən başqa çarəsinin olmadığını deyib.
“İğtişaşların şiddətini və regionun qeyri-sabitliyini nəzərə alsaq, yeganə seçim müdaxilə etmək idi”, - analitik deyib.
Moskva “Karnegi” Mərkəzindən Aleksandr Baunov Rusiyanın qərb sərhədindəki gərginliyi xatırladaraq bildirib: “Kreml diqqətini ikiyə ayırmalı və hər iki cəbhədəki strateji qeyri-sabitliyi idarə etməlidir”.
Baunov hesab edir ki, Kreml Qazaxıstandakı hakimiyyət dəyişikliyindən dərs çıxaracaq. Ekspertə görə, Nazarbayev-Tokayev keçid modelinin iflasa uğraması Putini hakimiyyəti yeni varisə vermək məsələsində həvəsdən salacaq.
Bir çox analitikin fikrincə, Rusiyanın üzləşdiyi ən böyük risk Qazaxıstandakı daxili qarışıqlığın içində yer almaqıdır. Ölkədəki etnik rus əhalinin sayını nəzərə alan ekspertlər Qazaxıstanda anti-Rusiya əhval-ruhiyyəsinin arta biləcəyindən və etnik balansın pozula biləcəyini deyirlər.
Anti-Rusiya ab-havasının digər keçmiş sovet respublikalarına yayılacağı ehtimalı da, Kremlin başqa bir narahatlıq mənbəyidir.
Qazaxıstanda baş verənlərin Rusiyanın daxili siyasi məsələlərinə necə təsir edəcəyi də maraq doğurur. “Novaya qazeta”nın redaktoru Kirill Martynov təhlükəsizlik atmosferinin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edərək deyib: “Qazaxların azadlığının bədəlini biz ödəyə bilərik”.
Moskva “Karnegi” Mərkəzinin direktoru Dmitri Trenin isə “Moskva Tayms” qəzeti üçün yazdığı məqaləsində Rusiyanın Qazaxıstanda “təhlükəli qumar” oynadığını bildirib. Amma bir sır analitikə görə, Rusiyanın bu oyunu uğurlu olsa, Mərkəzi Asiyada da Belarus kimi etibar edə biləcəyi yeni müttəfiq qazanacaq. Amma Trenin fikrincə, bu siyasətin əks nəticə verməsi və qazax xalqını Rusiyadan daha da uzaqlaşdırması ehtimalı daha yüksəkdir.
Tarix: 8-01-2022, 21:25
Xəbəri paylaş





Xəbər lenti