Rusiya Sovet İttifaqını yenidən qurmaq istəyir: Azərbaycan özünü necə qoruyacaq...


Rusiya Sovet İttifaqını yenidən qurmaq istəyir: Azərbaycan özünü necə qoruyacaq...Kreml, Moskva, Rusiya

 ABŞ dövlət katibi Entoni Blinken açıqlamalarından birində bildirib ki, Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir.

“Düşünürəm ki, belədir, bu, Rusiya prezidenti Vladimir Putinin məqsədlərindən biridir və bu, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”.
Qeyd edək ki, ötən ilin dekabrın əvvəlində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan etdi ki, Vaşinqton Moskvanın Sovet İttifaqını yenidən yaratmağa cəhd edə biləcəyindən narahatdır.
Xarici mediada isə belə fikirlər yer alır ki, Qərb Ukrayna və Gürcüstandan imtina edəcəyi halda qalan postsovet ölkələrin Rusiyanın nəzarətinə keçməsinə razılıq verib. Belə olan halda Azərbaycan özünü Rusiyanın "vassal"ı olmaqdan necə qoruyacaq?
Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Qazaxıstanda baş verən etirazlar fonunda Rusiyanın KTMT adı altında öz ordusunu göndərməsi beynəlxalq müstəvidə də narahatlıq doğurur.

“Xüsusilə də Putinin SSRİ-nin bərpa planı, Avrasiyaa İqttifaqında genişlənməsi kimi siyasətini müşahidə edirik, bu istiqamətdə addımlar atılır və həmçinin Rusiya mətbuatında da bu kimi açıqlamalar verilir. ABŞ dövlət katibinin bu açıqlamasını Rusiya rəhbərliyinin MDB məkanında aqressiv siyasəyinin nəticəsi kimi də dəyərləndirmək olar. Təbii ki, Rusiya MDB məkanında  öz mövqeyini gücləndirməyə çalışır. Hətta NATO-ya verdiyi ultimatumda da MDB məkanını öz arxa baxçası kimi təqdim edir.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ dövlət katibinin bu istiqamətdə açıqlaması müəyyən narahatlılqlar doğurmalıdır.
“Düzdür, SSRİ-nin bərpası mümkün olmasa da, Rusiyanın MDB məkanında təsiri və təzyiqinin bu ölkələrin müstəliqiliyinə təhdid olacağından xəbər verir. Bundan Azərbaycan da narahat olmalıdır. Türkiyə ilə hərbi müttəfiqliyi daha da gücləndirməlidirməliyik.
ABŞ-Rusiya danışıqlarında da bu məsələlər müzakirə olunacaq. Rusiya tərəfi konkret olaraq, dünyanın bölüşdürülməsinə çalışır. Rusiya fövqəldövlət formalaşdıraraq postsovet ölkələri üzərində mövqeyini  gücləndirməyə çalışır. Düşünürəm ki, ABŞ bunu bilir və ona görə də Rusiyaya qarşı sanksiyaları genişləndirməli, bu aqressiyanın qarşısını almalıdır.
Ümumilikdə isə düşünmürəm ki, Rusiya buna ciddi şəkildə nail olsun”.
Tarix: 10-01-2022, 17:21
Xəbəri paylaş





Xəbər lenti