Ukraynanın keçmiş Baş naziri qazaxları inqilab etməməyə çağırıb



Qazaxıstan vətəndaşlarına Ukrayna təcrübəsini təkrarlamağa və özünün «lənətə gəlmiş korrupsiyalaşmış rejimini» 2017-ci ildə Kiyevdə elədikləri kimi süpürüb atmağa dəyməz.
Belə çağırışla qazaxıstanlılara yanvarın 12-də «Feysbuk»la Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov müraciət edib.

Əyanilik xatirinə o, inqilabi əhvallı qazaxları Ukraynada və Qazaxıstanda ərzaqların qiymətləri ilə tanış olmağa çağırıb. İllüstrasiya qismində eks-baş nazir «Naş» Ukrayna telekanalının qrafik illüstrasiyasını misal gətirib. Orada əyani şəkildə göstərilib ki, çörək, yumurta və qarabaşaq Qazaxıstanda iki dəfə Ukraynadakından ucuzdur, un isə 3 dəfə. Bu zaman Nikolay Yanoviç onu da xatırladıb ki, yanvar-sentyabr 2021-ci ildə Ukraynada orta əmək haqqı 497 dollar, Qazaxıstanda isə 568 dollar təşkil edib.
«Əgər sizin Qazaxıstanda yaşayan dostlarınız və ya tanışlarınız varsa, mütləq bu infoqrafiki onlara göstərin və xəbərdarlıq edin ki, onlarda Maydanın qələbə çalacağı təqdirdə, onları da analoji situasiya gözləyir - onların əməkhaqları düşəcək, qiymətlər və tariflər isə yüksələcək» - Azarov əvvəlcədən bildirib.
AzPolitika.info
Tarix: 13-01-2022, 08:55
Xəbəri paylaş





Xəbər lenti