Pekres nümunəsi Fransanın ayıbı, Jan-İv Lö Drian-nın mövqeyi isə o ayıbı ört-basdır cəhdidi


Ötən ilin dekabrında Fransa Respublikasının prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa gizli səfəri həm beynəlxalq hüquq normalarına, diplomatik qaydalara, həmdə Fransanın öz qanunlarına belə ziddir və cinayət məsuliyyəti yaradan əməlidir. 
Əvvəla qeyd edək ki, Fransanın öz qanunlarına görə Fransanın beynəlxalq hüquqla tanınan sərhədlərinin pozulmasına görə real azadlıqdan məhrum etmə növündə cəza tətbiqini müəyyən edən qanunu var. Valeri Pekresin Azərbaycan ərazisinə oğrun şəkildə girməsi və qayıdandan sonra da heç bir normaya sığmayan çıxışlar etmişi Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə açıq hörmətsizlikdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikası prezident postuna namizəd Valeri Pekresin Azərbaycan ərazisinə qanunsuz səfərinə: “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır” şəklində münasibət bildirib.
Prezident İlham Əliyevin sözü gedən məsləyə münasibəti nəinki Fransa cəmiyyətini, siyasi elitasını və o cümlədən Qarabağla bağlı xam xəyallar, planlar quran ölkələri və onların rəhbərlərini silkələyərək yuxudan ayıldıb, reallığı göz qabağına çıxarıb.
Əvvəla öz növbəmdə qeyd edim ki, Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri və nüvə ölkəsi olsa da artıq beynəlxalq arenada heç bir nüfuza malik deyil. Fransa xalqı Adolf Hitlerin onlara verdiyi qiymət və addan başqa heç nəyə yaramırlar. Fransa dövlətinin başçısı Emanuel Makronun şəxsi həyat nümunəsi Hitler tezisini sübut edir. Əxlaqsızlığın,
mədəniyyətsizliyi səviyyəsi o həddədir ki, Fransanın özünün tanıdığı və qəbul etdiyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünə hörmətsizlik edən Fransanın prezidentliyinə namizədi Valeri Pekres Azərbaycan Prezidentinə qarşı iddia qaldıracağını da deyib.
Əvvəla prezidentliyə namizəd Pekres özü də təsdiq edir ki, beynəlxalq hüquqla dövlət başçılarının məhkəmə təqibi qadağandır, Pekres onu da bilir ki, oğrun səfər etdiyi ərazi Azərbaycan Respublikasının suveren ərazisidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunmazlığı Fransa Respublikası da daxil olmaqla bütün dünya ölkələri və BMT tərəfindən tanınır. Digər tərəfdən Fransa dəfn edilmiş və ili çıxmış Minsk qrupunun üzvü kimi heç olmasa formal neytrallığını saxlamalı idi. Fransa ermənidən çox erməni olmağa çalışması artıq bir əsrin aksiomasıdır. Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian məsələ ilə bağlı yanvarın 18-də Fransa senatında həddini aşan bəyanatla çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib.
Fransa dövlətinin xarici siyasətinin rəhbəri Jan-İv Lö Drian-ın açıqlaması isə Pekresin əməlinə haqq qazandırmaq cəhdi kimi Fransanın öz dövlət imicininə zərbə, baş diplomatın Fransa dövlətinin rəsmi mövqeyinə də biganəliyinin sübutudur. Sözsüz ki, öz dövlətinə hörmət etməyənin başqa dövlətə hörmət edəcəyini gözləmək də sadəlövhlükdən başqa bir şey deyil. Pekres nümunəsi Fransanın ayıbı, Jan-İv Lö Drian-nın mövqeyi isə o ayıbı ört-basdır cəhdidir.
Valeri Pekres, Jan-İv Lö Drian, Erik Siottin və sair bu kimi fransızların əslində sözlərinin heç bir dəyər və qiyməti yoxdur ona görə ki, Beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. Və ən başlıcası isə Azərbaycan beynəlxalq hüququ, haqq və ədaləti qorumaq üçün GÜCƏ malikdir. Azərbaycana qarşı xəyanət və məkrli planları olan Fransa kimi ölkələri narahat edən məhz Azərbaycan xalqının qəhrəmanlığı və müzəffər ordusudur hansı ki, Avropanın özünün gəldiyi və elan etdiyi sorğunun nəticələrinə görə Azərbaycan xalqı dünyanın döyüş ruhu və həvəsində olan bir nömrəli xalqıdır. Fransızlar yoxsa unutdunuzmu - dünya hərb elminin XXI-ci əsr müharibə modelini yaradan, Şuşa zəfəri, 10 əsgəri ilə 150 erməni əsgərini əsir götürən məhz Azərbaycan xalqıdır. Yeri gəlmişkən, Azərbaycan xalqı həmin xalqdır ki, 1990-cı ilin yanvar ayının 20-də rus tanklarının qarşısını əliyalın alıb. Bəlkə bunu da unutmusunuz?!
Fransızların yuxusunu ərşə çəkən isə Azərbaycan prezidenti İlham Əliyevin “biz onları geri buraxmayacaqdıq” kəlməsidir, çünki fransızlar bilir ki, Azərbaycan prezidenti heç bir zaman sözü havaya demir. 44 günlük müharibədə göstərdiyimiz birliyi, qəhrəmanlığı kef edən fransız xalqına əyani göstərə bilərik, təbii ki istəsələr.
Nə Fransanın indiki hakimiyyətinin, nədə Pekres kimilərin sözləri Azərbaycan xalqı və dövləti üçün heç bir çəkiyə malik deyil, sadəcə fransızlar bilsələr yaxşıdır ki, öz dövlətinin məhv olmuş mövqeyini bərpa etmək əvəzinə özlərini daha da biabır edirlər.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
20.01.2022

Siam.az
Tarix: 20-01-2022, 15:17
Xəbəri paylaş





Xəbər lenti