Rəisi Putinin hüzurunda Azərbaycanı hədəfə aldı – İRAN PREZİDENTİ ZƏNGƏZUR DƏHLİZİNİ “NATO-NUN PROJESİ” ADLANDIRDI VƏ…


Rəisi Putinin hüzurunda Azərbaycanı hədəfə aldı –
Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi bu gün Rusiyaya rəsmi səfərə gedib.

Qafqaz.media İran prezidentinin rəsmi internet saytına istinadən xəbər verir ki, Rəisi bu gün axşam saatlarında rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Putinin hüzurunda İbrahim Rəisi daha çox özünü Ermənistanın hamisi və vəkili kimi aparıb, ikitərəfli münasibətlərdən daha çox dolayı yolla Azərbaycana qarşı ittihamları təkrarlamaqla məşğul olub.

Belə ki, o, Rusiya və İranın Suriyada olduğu kimi, Qafqaz və Əfqanıstanda da "terrorizmə qarşı" uğurlu əməkdaşlıq nümunəsini tətbiq etməsinin mümkünlüyünü deyib.

Rəisi, habelə dolayı yolla Zəngəzur dəhlizinə işarə edərək Qafqazda sərhədlərin, suverenliyin və geosiyasətin dəyişməsinin mümkün olmadığını bildirib.

İran prezidenti daha sonra bu ölkənin mediasında uzun müddətdir Zəngəzur koridorunun “NATO-nun projesi” olması, eləcə də bunun Rusiya, Çin və İrana qarşı yaratdığı "təhdidlərə" dair tirajladığı dezinformasiyaları Putinlə görüşündə üstüörtülü şəkildə dilə gətirib.

Qeyd edək ki, son dövrlər İran rəsmiləri və mətbuatı 44 günlük müharibə, Zəngəzur koridoru və Azərbaycan-Türkiyə münasibətləri əleyhinə davamlı olaraq silsilə yazılar və müsahibələr dərc edirlər. İranın bu cür iddialarla Qərblə atom razılaşmasını bərpa edəcəyi halda Rusiyanın diqqətini digər məcraya yönəltməyə çalışdığı deyilir. Çünki Moskva ilə Qərb və NATO arasında yaşanan mövcud gərginliklə eyni zamanda anlaşmanın bərpası sanksiyaların ləğvinə səbəb olacaq. Belə olduqda isə İranın Avropaya neft və qaz kimi enerji resursları satmaq imkanı yenidən gündəmə gələ bilər. Bu isə Rusiyanın Avropada öz təsir rıçaqlarını itirməsi deməkdir.
Tarix: 21-01-2022, 09:50
Xəbəri paylaş





Xəbər lenti