Rusiya iki yol ayrıcında və ölüm-qalım savaşında


Cenevrədə Rusiya və ABŞ-ın bu gün ki, danışıqlarında Lavrovun və Blinkenin görüşünün növbəti dəfə uğursuz başa çatması bu iki dünya nəhənginin real müharibə edəcəyi ssenarisinin mümkünlüyünə ehtimalını artırmış göstərir. Əslində isə belə bir qənaət yanlış və əsasızdır.
Bu qarşıdurmanın səbəbi Putinin SSRİ-nin bərpa arzusu kimi görünsə də, əsl həqiqətdə Rusiya özünün parçalanma qorxusu perspektivi baxımından prosesi əngəlləmək istəyir. Proseslərə SSRİ -nin bərpası istəyi kimi görüntünün verilməsi Rusiyanın öz marağındadır ki, Rusiyanın parçalanma ehtimalı əsas mövzu kimi gündəmdə olmasın və Rusiya hələ də güclü olduğunu göstərmək istəyi ilə fikir və hədəfi özünün parçalanma mümkünlüyünə diqqəti yayındırır. Fikrimi düzgün izah etmək üçün əvvəla qeyd edim ki, SSRİ-nin bu və ya digər formada bərpası mümkünsüzdür, istər Putin istər kim olsa da "ölünün dirilməsi" mümkün deyil. Ukrayna ətrafında ABŞ və Rusiya qarşıdurmasının gərginləşməsində Qərb əsas istədiyini əldə edib, iki qardaş xalq geri dönməz şəkildə düşmən olub və bu düşmənçilik artıq Ukrayna xalqının şüur altı yaddaşına çevrilib. Bu arada Zbiqnev Bzejinskinin dediyi o məşhur kəlməni yada salsaq yaxşı olar: “Rusiya və Rusiya imperiyası Ukraynasız mövcud ola bilməz”. Bu baxımdan ABŞ Rusiyaya qarşı hədəfini düzgün seçməsi şübhəsizdir, Rusiya Ukraynanı özünün qırmızı xətti elan etməsi isə Bzejinski tezisinin təsdiqi deməkdir.
Rusiya dövlətinin tarix boyu mahiyyəti güc və işğalçılıq anlayışından ibarət olsa da, indi Rusiyanın özü bir piroq kimi bölünmək təhlükəsi ilə üz-üzədir. Rusiya siyasi elitası bu təhlükəni publik səsləndirə bilmir ona görə ki, təhlükənin açıq səsləndirilməsi Rusiya daxili parçalanmasının sürətlənməsinə psixoloji təsiri şübhəsizdir. Əslində Rusiyanın Qazaxıstan əməliyyatı da Rusiyanın güclü olmasını göstərmək və daxili parçalanma təhlükəsi ehtimalının sıfıra bərabər olduğunu sübut etmək idi.
Bu gün Rusiyanın istəyi ilə baş tutmuş Cenevrə görüşündə Rusiya əli boş qayıdacağını qabaqcadan bildiyini elan etdiyi halda, Lavrovun dili ilə desək görüşə yaxşı əhvalla getməsi onu göstərir ki, Rusiya o durumdadır ki, Kreml SSRİ, SSRİ desə də öz bütövlüyünün həyəcanını yaşayır. Bu gün ki, görüşdən dərhal sonra ABŞ 2-ci dünya müharibəsi zamanı istifadə etdiyi gedişi ilk dəfə tətbiq edəcəyini elan etdi daha doğrusu, ABŞ Ukraynaya hərbi yardımını “lendviza” üsulu ilə həyata keçirəcəyini yəni, Bayden administrasiyası müvafiq orqanlardan razılıq almadan, məhdudiyyətsiz Ukraynaya geniş hərbi yardımı çevik şəkildə həyata keçirəcək.
Digər tərəfdən ABŞ Rusiyaya qarşı yeni və geniş sanksiyalarını tətbiq edəcəyini bildirdi.
ABŞ və Rusiya arasında Ukrayna böhranını “Karib böhranı” ilə uyğunlaşdırmaq da düzgün yanaşma deyil, çünki ABŞ Rusiyaya öz əli ildə deyil Ukrayna əli ilə daha doğrusu Ukrayna kartı ilə zərbə endirir. Rusiya isə ABŞ-a təsir edə bilən nə hərbi gücə, nədə mövqeyə malik deyil. Rusiya dünya diktator rejimlərinə dəstəyi ilə (Suriya, Venesuela, Belorusiya və sair), işğalçılıq (Moldova, Gürcüstan, Ukrayna) siyasəti ilə və daxildə apardığı milli boğucu siyasəti (milli muxtar regionların dövlətçilik əlamətlərinin, idarə üsulunun ləğvi, Rusiya Konstitusiyasına son əlavələr) ilə özünü indiki vəziyyətə salıb, dalana dirənib və ABŞ-ın daha doğrusu Qərb dünyasının işini asanlaşdırıb.
Görünəndə odur ki, ABŞ Ukrayna istiqamətində özünü arxayın vəziyyətdə aparır, heç bir güzəştə getmir, Rusiya isə ABŞ-dan özünə təhlükəsizlik qarantiyasını ala bilmir. Bu isə o deməkdir ki, bundan sonra da mümkün danışıqların heç bir əhəmiyyəti olmayacaq və Rusiya iki yol ayrıcında
qalaraq Putin hakimiyyətinə son verəcək və demokratikləşəcək yada ki, SSRİ-nin aqibətini yaşayacaq. Bu isə artıq mülahizə yox tarixi və siyasi reallıqdır.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Siam.az
Tarix: 21-01-2022, 22:30
Xəbəri paylaş





Xəbər lenti