"Belə bir ssenari yalnız Kiyevə tammiqyaslı müdaxilə baş verəcəyi təqdirdə işləyə bilər"


Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, o, Ukraynada Rusiyayönümlü hökümətin qurulması planının üstünü açıb, baş nazir Boris Conson isə "Rusiyaya təzyiqi gücləndirməyi" vəd edib.
 
XİN məlumatında bu plan müfəssəl şərh edilmir, amma məlumat təsdiqini taparsa, Ukrayna üçün təhlükənin ciddi surətdə artması demək olacaq.
 
"Bu gün yayılan məlumat Ukraynaya qarşı Rusiyanın pozuculuq fəalyyətinin miqyasına işıq salır, Kremlin düşüncə tərzini anlamağa imkan verir, - bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib. - Rusiya öz təcavüzarlıq və dezinformasiya kampaniyasına son qoymalı və diplomatiya yolu ilə getməlidir. 
 
Böyük Britaniyanın və onun tərəfdaşlarının dəfələrlə bəyan etdiyi kimi, Rusiyanın Ukraynaya istənilən hərbi müdaxiləsi tammiqyaslı strateji yanlışlıq olacaq və ciddi fəsadlara gətirib çıxaracaq.
 
Xarici işlər nazirliyi həmçinin bəyan edib ki, Ukraynanın  Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələri olan sabiq siyasətçiləri haqqında informasiyaya malikdir, onların arasında sabiq ilk baş nazir Sergey Arbuzov, sabiq baş nazirin müavini Andrey Klyuyev, sabiq milli təhlükəsizlik və müdafiə şurası katibinin müavini Vladimir Sivkoviç və sabiq baş nazir Nikolay Azarov var.
 
"Onların bəziləri hazırda hücumun planlaşdırılmasında iştirak edən Rusiya kəşfiyyatının əməkdaşları ilə təmasdadır", - bəyanatda belə deyilir.
 
Lakin hamıya məlumdur ki, bu siyasətçilərin bəziləri Moskvada mühacirətdədir və onların Rusiyanın hakim dairələri ilə əlaqəsini çətin ki, sensasiya adlandırmaq olar.
 
Ukrayna prezidenti postuna potensial namizəd kimi Britaniya XİN-i sabiq ukraynalı deputat Yevgeni Murayevi  göstərib. Onun özü belə bir variantı rədd edib.
 
"Siz mənim gecəmi pozdunuz. Britaniya XİN-i, deyəsən, çaşıb", - Murayev The Observer qəzetinin bu məlumatı şərh etmək xahişinə cavab olaraq gülümsəyərək deyib. - Bu, o qədər də məntiqi deyil. Mənə Rusiyaya giriş qadağandır. Bu hələ bir yana qalsın, atamın pulları orada müsadirə olunub".
 
Xarici işlər nazirinin bəyanatının ardınca baş nazirin ofisindən bəyan edilib ki, Conson "Ukraynada vəziyyətin dəyişdirilməsinə səy göstərir". Maraqlıdır ki, bu hərəkətlər Britaniya baş nazirinin opponentlərinin onu Ukrayna böhranına əlaqələndirici cavaba rəhbərlik edə bilməməkdə suçlamasından sonra başlanıb.
 
Leyboristlərin kölgə müdafiə naziri Con Hili Kiyevə səfərindən sonra baş naziri tənqid atəşə tutub, onun sözlərinə görə, "Conson dövlət xadimi rolunu oynamağa
və Britaniyaya lazım olan liderliyi təklif etməyə qadir deyil".
 
Politico nəşrinə müsahibəsində Hili deyib ki, "Bu, biabırçılıqdır, Avropa "soyuq müharibə" dövründən bəri ən ciddi böhranla üzləşdiyi şəraitdə Böyük Britaniyada fəaliyyətsiz baş nazir var".
 
Həqiqətən də, Conson hökuməti son zamanlar, deyəsən, xarici siyasət məsələlərini ikinci plana çəkib, daxili böhranların öhdəsindən gəlməyə cəhd edir. ABŞ prezidenti Co Bayden və Avropa liderləri son həftə Ukrayna ilə bağlı bir sıra bəyanatlarla çıxış etdikləri  halda, Böyük Britaniyanın baş naziri kənarda qalıb. ABŞ, NATO və ATƏT bu yaxınlarda Rusiya ilə danışıqlar zamanı Böyük Britaniyanın müdafiə və xarici işlər nazirləri Ben Uolles və Lizz Truss Avstraliyada idilər. Bu isə belə bir fikir formalaşdırır ki, Conson beynəlxalq şəraitin qeyri-sabitliyindən öz ölkəsində vəziyyəti möhkəmləndirmək üçün istifadə edir.
 
"Cari bilavasitə daxili kontekst bundan ibarətdir ki, hökumət bəladadır, sensasiyalı məlumatlar yaratmaqla, daxili çətiniklərdən diqqəti yayındırmaq sahəsində çox irəliyə gedib", - bunu xarici işlər nazirliyinin sabiq müşaviri Devid Klark deyib. -Bu hökumət bu məsələdə təşəbbüsü öz üzərinə götürməyə qadir deyil".
 
Ukraynada XİN-in sabiq mətbuat katibi və hazırda analitik mərkəzə rəhbərlik edən Vasili Filipçuk Böyük Britaniyanın ittihamlarını "gülünc" adlandırıb. Hətta seçkilərin saxtalaşdırılması hakimiyyətə rusiyayönümlü aktorların gəlməsinə gətirib çıxarmayacaq, bunu güclə etmək cəhdləri isə uzun və qanlı savaş demək olacaq", - o, bəyan edib.
 
"Belə bir ssenari yalnız Kiyevə tammiqyaslı müdaxilə baş verəcəyi təqdirdə işləyə bilər", - o, belə deyib. - Şəhər dağılardı, torpaq od tutub yanardı, milyon insan qaçıb gedərdi. Paytaxtımızda 100 000 insan əlində silah döyüşəcəkdi...Ola bilər ki, belə bir plan mövcud olsun, lakin bu, sərsəmlikdir".
 
2008-ci ildə Ukraynaya köçən məşhur telejurnalist Yevgeni Kiselyov deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı çıxan müxalif qüvvələr Kiyevin indiki hökumətindən nə qədər narazı olsalar da,  heç vaxt Rusiyanın casus agentlikləri ilə əməkdaşlığa getməz. Rus kəşfiyyatı bəzən Kremlə obyektiv reallığı deyil, onun özünün eşitmək istədiyini deyir, - o, əlavə edib.
 
Rusiya Federasiyasının XİN-i Londondan "təxribatçı fəaliyyətinə,  cəfəngiyyat yaymağa son qoymağı və diqqətini tatar-monqol əsarətinin tarixinin öyrənməyə yönəltməyi xahiş edib".
 
XİN-in bəyanatı həqiqətə uyğun deyil, nəticə etibarı ilə Moskva indiki Ukrayna hökymətindən narazıdır, Ukrayna sərhədi yaxınlığında öz qoşunlarını və silahlarını yerləşdirməsi hər yerdə müdaxilə təhlükəsi kimi qiymətləndirilir. Lakin Rusiyanın Kiyevdə hakimiyyətin dəyişdirilməsi üçün müddəti və metodları haqqında müfəssəl məlumatların olmaması, - XİN nümayəndəsi belə müfəssəl məlumatı verməkdən imtina edib, - belə bəyanatlar tələsik və boşdur.
 
Aleksandra Appelberq, "Detaly", İsrail

Tarix: 24-01-2022, 09:26
Xəbəri paylaş





Xəbər lenti