Rusiyanın Ukrayna təcavüzünün Azərbaycan üçün nəticələri, Rusiya - Türkiyə...


Rusiyan Ukrayna müharibəsinin sonluğynun konkret nəticələrindən asılı olmayaraq uduzan tərəf Rusiyadır. 
Baxmayaraq ki, proses tarixi zərurətdir, ancaq Rusiya təxmin ediləndən böyük məğlubiyyətə uğrayıb. Vurğulamaq istəyirəm ki, Rusiyanın dövlət və xalq olaraq hərbi məğlubiyyətindən də daha təsirli düşdüyü psixaloji, dözülməz iqtisadi vəziyyətidir və hansı  ki, Putin hakimiyyətinin, rejiminin sonluğunu qaçılmaz hala gətirib. Putin hakimiyyətinin devrilməsi əslində Rusiyanın qazancı ola bilərdi, o şərtlə ki, nəticə etibarı ilə Rusiya bütövlüyünü saxlayardısa ancaq ki,  Rusiyanın bu bataqlığa çəkilməsinin əsas hədəfi elə onun dağılmasını həyata keçirməkdir. ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı uzun müddətli proqramı ilə hərəkət edir və Qərb məharətlə Rusiyanın dövlət olaraq işğalçılıq mahiyyətindən Rusiyanın elə özünə qarşı istifadə edir. Faktiki olaraq 44 günlük müharibədə Rusiya hərb maşınının, elminin ilk real məğlubiyyətini yaşadı və Qərb bu faktı dəyərləndirib Rusiyanı Ukrayna tələsinə çəkə bildi. Putinin Belarusiyada Lukaşenkonu hakimiyyətə qaytarması, mahiyyətcə Qazaxıstanda dövlət çevrilişi Qərbin bilərəkdən "zəifliyi" ilə ona görə müşahidə edildi ki, Putin özünə arxayınlaşıb hazırlanmış Ukrayna bataqlığına girsin. Rusiya indi öz gücü və nüfuzu ilə vurulur.  Sözsüz ki, Rusiya bir dövlət olaraq işğalçı mahiyyət və faktoru üzərində qurulub və növbəti işğal faktı üzərindən də məhv olmlıdır və bu yeni açılmış elmi fakt deyil. Yəni ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq Rusiyanın dağılma prosesini dayandırmaq mümkün deyil. Ancaq Rusiya bu təbii prosesdən müəyyən dərəcədə qoruna bilərdi o şərtlə ki, demokratikləşə və aboregen xalqlara öz millətçi, şovinist baxışından əl çəkə bilsəydi. Sözsüz ki, rus xalqının umumən düşüncə tərzində, şüurunda, siyasətində, idealogiyasında elmdə olduğu "detalizim" kimi inqilab etməli idi. Görünən odur ki, rus xalqı bu təfəkkürdən əl çəkməyi, uzaqlaşmağı bacarmadı və təbii ki, Pusiyanın dağılması o qədər də böyük zaman məsələsi deyil.  İnsanlıq tarixində adını yazmış xalqlar, dövlətlər artıq Rusiya imperiyasının dağılması prosesində, və ondan sonrakı dövrdə özlərinin hərəkət planlarını, məqsədlərini müəyyən edib. Həqiqətləri demək hər zaman çətin məsələ olub, olsun ki, bu siyasətdə tamam mümkünsüzdür.  Ukraynada insanlıq faciəsi yaşanır və Azərbaycan xalqı, dövləti Ukraynaya mümkün dəstəyini göstərir. Ancaq Rusiyanın Ukrayna təcavüzü dünya üçün Rusiyanı kimi, şərdən xilas olmağa real imkan yaradıb. Azərbaycan üçün isə imkanlar ümumiyyətlə perespektivlidir. Əvvəla iqtisadi baxımdan hərçənd ki, iqtisadiyyat və siyasət bir-birlərini tamalayan məfumlardır - Azərbaycanın iqtisadi imkanları genişlənir, maddi gəlirləri artır. Rusiya Ukrayna müharibəsi prosesində dünya bazarında enerji daşıyıcılarının qiyməti surətlə artaraq, qazın qiymət 1000, neftin qiyməti isə 110 dolları keçib. Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi nəticəsində Avropanın enerji təhcizatında problelər yaranıb. İnşa edilməkdə olan layihələr də dayandırılıb. Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyəti daha da artıb. Bu həm də, Azərbaycanın siyasi manevr imkanlarının genişlənməsi deməkdir.  Yeri gəlmişkən, Xəzəryanı ölkələrinin də yeni imkanları görünür, Azərbaycanın təklif enerji dəhliz və marşurutlara qoşulma imkanı,  ixrac potensialı artıb. Qeyd edilənlər sözsüz ki,  Azərbaycan üçün şansların iqtisadi tərəfidir. Əvvəla belə bir vəziyyətdə Azərbaycan Xankəndi və ətraf məntəqlərdə separatçı rejimin məhv edilməsi və Rusiya "sülh məramlılar"ının Azərbaycandan çıxarılması real görünür. Ancaq, düşünürəm Azərbaycan daha böyük siyasi hədəflərinə çata bilər. Müasir Rusiya özünü SSRİ-nin varisi elan edib. 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikası hansı ki, 1920-ci ilin əvvəlndə  114 min kv.km ərazisi ilə Paris Sülh Konfransında beynəlxaq səviyyədə müstəqilliyi və sərhədləri tanınmışdı, 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən işğal edilərək SSRİ tərkibinə zorla qatılıb. SSRİ dağıldıqdan sonra Azərbaycan 86,6 min kv.km ərazi ilə SSRİ-ni tərk edib. SSRİ daxilində Azərbaycan ərazilərinin əksər hissəsi Azərbaycan hakimiyyətin razılığı olmadan qonşu respublikalara verilib. Ermənistanla hələ ki, sülh müqaviləsinin olmadığı vəziyyətdə Zəngəzurun və digər ərazilərin  Azərbaycana qaytarılmasına geosiyasi şərait yaranıb.  Nüfuzlu rusiyalı politoloq, Kreml ideoloqlarından biri Satanovski  keçən həftə müsahibəsində Rusiyanın növbəti müharibəsi Türkiyə ilə olacağını bildirib. Türkiyənin Ukraynaya bir başa hərbi dəstəyi ilə rüsvay olan Rusiyanın Türkiyə qarşı müharibə cəhdi əslində sui qəsdə bərabərdir. Ancaq Putindən, Rusiyadan qeyri adekvat addımlar gözləmək heç də səhv deyil.  Hər bir halda, Azərbaycan üçün daha böyük imkanlar görünür və təbii ki, mahir siyasi bacarığı ilə özünü təsdiqləmiş prezident İlham Əliyev nəyi nə vaxt edəcəyini yaxşı bilir və bu şübhəsizdir.
Vüqar Dadaşov
Siam.az
Tarix: 7-03-2022, 21:40
Xəbəri paylaş





Xəbər lenti