Rusiya Ukrayna, Antaliya görüşünün nəticələri necə olacaq?

 
Rusiya və Ukraynanın xarici işlərlər nazirlərinin Serqey Lavrov və Dmitri Klebanın Antaliyada görüşəcəkləri barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Səhərə planlaşdırəlan bu görüşdə müəyyən razılaşmaların əldə olunacağına ümidlər böyükdür.  Gözləntilərin faydalı olacağını labüd edən obyektiv səbəblər var və bu görüşün nəticəvi olmasının əsas şərti sözsüz ki, həm Ukraynanın həm də Rusiyanın öz maraqlarıdır. Antaliya  görüşü daha çox Rusiya üçün vacib əhəmiyyətlidir çünki, bu görüşdə əldə edilmiş razılaşma Rusiyanın reputasiyasının xilası üçün müəyyən siyasi və diplomatik manevr imkanları yarada bilər. Məsələ təkcə Rusiyanın qlobal güc kimi mifin məhvini maskalamaqdan getmir, bu görüş həm də Putin hakimiyyətinin sonluğunu müəyyən müddətə də olsa əngəlləmək məqsədinə kömək etmiş olar. Kreml siyasi elitası Rusiyanın Ukrayna tələsinə çəkilərək  məhv edilməsi proqramının işə salındığının fərqindədir. Ona görə də Antaliya görüşünü Rusiya tərəfi ölümcül prosesin dayandırılması üçün bir şans kimi dəyərləndirir.  İlk hərbi gücsüzlüyü Qarabağda 44 günlük müharibədə isbat edilmiş Rusiyanın 2-ci Ukrayna biabırçılığı bu dövlət üçün bir başa fəlakətdir. Ukraynaya təcavüz nəticəsimdə hərbi gücünün 90%-ni itirən Rusiya elə köməksiz vəziyyətə düşüb ki, Azərbaycanda, Qarabağda yerləşdirdiyi iki minə yaxın  "sülhməralı"larına ehtiyacı yaranıb.  Dünyanın iqtisadi sankiya tarixində ən böyük məhdudiyyətləri tətbiq edilmiş Rusiya iqtisadiyatı ən yaxşı halda 20 il geriyə atılıb, Rusiya enerji daşıyıcılarının satışına embarqo nefti və qazın son birja tarixinin qiymət rekordlarını üstələyib. Siyasi-diplomatik sanksiyalar Rusiya hakimiyyətinin prezident Putin də daxil olmaqla ali təbəqəsinin əksər üzvlərinə tətbiq edilib. Kreml hakimiyyətinin ən çox narahat edən vəziyət isə öıkədaxili siyasi qeyri sabitlikdir. Bütv Rusiyanı əhatə edən antimüharibə mitinqləri dövləyinin güc strukturları tərəfindən çətinliklə öhdələnir. Rusiyada indiki siyasi vəziyyət SSRİ-nin 1991-ci ilə anoloji haldadır. Bu isə o deməkdir ki, Rusiya müstəqillik tarixinin ən çətin dövrünü yaşayır. Qeyd edilən hallara əsaslanaraq deyə bilərik ki, Kreml Antalya görüşündə razılaşmaların əldə edilməsinə çox maraqlıdır. Türkiyənin təşkilatçılığı ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü həm də ona görə faydalı və əhəmiyyətli ola bilər ki, Ukraynanın Rusiyaya qarşı dözümü və hətta faktiki qələbəsi Türkiyə faktoru ilə bir başa əlaqədardır. Sözsüz müharibənin gedişinə bir başa təsir də bilən Türkiyənin moderatorluğu tərəfləri razılamalara getməyi şərtləndirən əsas amillərdəndir. Ona görə də Rusiya Antaliya görüşünə razılaşmaların əldə olunmasına çox maraqlıdır.  O ki, qaldı Ukraynaya, qısaca desək müharibə Ukrayna ərazisində gedir, ölkə dağıntılara məruz qalır, insan fəlakəti yaşanır. Bütün bunlarla yanaşı Ukrayna Rusiya üzərində qələbəsini qazanıb. Zelenski Putinə Rusiyanın gücsüzlüyünü sübut etdi. Təkcə Putinin Kiyevi 24 saata tutacağını bəyan etməsi və yarım aya bunu bacarmaması və ordusunun 90%-ni itirməsi Rusiyanın məğlubiyyəti deyilsə, bəs nədir?! Odur ki, müharibənin dayandırılması ilə bağlı hər hansı bir razılaşmanın əldə edilməsi Ukraynanın qələbəsinin etirafı və fiksasiyası deməkdir və sözsüz ki, Ukrayna da Antaliya görüşüşündə müəyyən razəlaşmaların əldə edklməsinə çox məmmun tərəfdir.  Ona görə də səhər Antaliyada Lavrovun və Kulebanın görüşünün yaxşı nəticəsinə ümid böyükdür.
Vüqar Dadaşov
MCP SŞ-nın  üzvü, politoloq
Siam.az
Tarix: 9-03-2022, 20:16
Xəbəri paylaş





Xəbər lenti