Vladislav İnozemtsev: "Rusiya oliqarxları dərin şokdadır, müharibə onlara lazım deyildi..."

Vladislav İnozemtsev:
Rusiya oliqarxları Rusiyanın Ukraynaya qarşı müharibəsindən və bundan sonra tətbiq edilən sanksiyalardan narazıdır, amma onlar gerçəkdən prezident Putinə təsir edə bilmir.
 
Moderator.az xəbər verir ki, bu fikri "QORDON" nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı iqtisadçı, Vaşinqtondakı strateji və beynəlxalq araşdırmalar Mərkəzinin baş elmi əməkdaşı və Moskvadakı postindustrial araşdırmalar Mərkəzinin direktoru Vladislav İnozemtsev deyib.
 
"Onların nə düşündükləri barədə müəyyən siqnallar var. Əlbəttə, onlar fevralın 24- dən dərin şokdadır. Çünki obyektiv olaraq bu müharibə onların heç birinə lazım deyil. Və, ümumiyyətlə, Vladimir Vladimiroviçdən başqa heç kimə lazım deyil", - ekspert deyib.
 
O, qeyd edib ki, Rusiya oloqarxları ilk nöbvədə ona görə ziyan çəkib ki, onların sərvətlərinin xeyli hissəsi "onların şirkətlərinin kapitallaşması rayonlarından yaranıb, bu gün o, sıfra yaxındır".
 
"Yəni onlar faktiki olaraq öz real aktivləri ilə- metallurgiya müəssisələri, ticarət şəbəkələri, daşınmaz əmlak və Rusiyadakı digər aktivləri ilə baş-başa qalıb və istənilən an əllərindən alına bilər. Onlar tamamilə Putinin nəzarətindədir.
Qərbdə onlar sanksiyalara məruz qalıb və əlbəttə Putindən dəhşətli dərəcədə qorxurlar. Bu mühitdə məyusluq böyükdür, heç bir mənfəət mümkün deyil və qarşıda onları yaxşı heç nə gözləmir", - İnozemtsev belə hesab edir.
 
Onun fikrinə görə, Qərbin sanksiyaları Rusiya oliqarxlarına heç bir alternativ saxlamır və indi onlar Putinlə daha çox bağlıdır.
 
O, vurğulayıb ki, baş verənlər oliqarxların heç xoşuna gəlmir, amma onlar çoxdandır ki, siyasi proseslərə əhəmiyyətli təsir göstərmirlər.
 
"Onlar hazırkı vəziyyətdə yalnız sərvətlərinin batmasına, bizneclərinin dayanmasına və milliləşməsinə tamaşa edə bilər. Söhbət təzyiqdən, çevrilişdən, üsyandan gedirsə, mənə elə gəlir ki, oliqarxlara bel bağlamaq lazım deyil", - İnozemtsev belə deyib.

Tarix: 10-03-2022, 13:21
Xəbəri paylaş





Xəbər lenti