Əli Həsənovun daha bir aktivi bağlanıb


 

“Azərbaycan xəbərləri” saytı dekabrın 31-dən sonra materialları yeniləmir və redaksiya telefonlara cavab vermir.

Qeyri-rəsmi məlumatlara görə, bütün əməkdaşlar işdən çıxarılıb, daha doğrusu başqa bir media-resursa işə keçiblər.

Məlumatlı mənbələrə görə, səbəb bu resursun dövlət başçısının keçmiş köməkçisi Əli Həsənova məxsus olmasıdır.

Noyabr ayında vəzifəsindən uzaqlaşdırılan Ə.Həsənov bundan sonra öz aktivlərini bir- birinin ardınca itirir. Bunların arasında ən böyük itki “Xəzər”  telekanalıdır. Görünür, bu, onun son itkisi olmayacaq.

Tarix: 10-01-2020, 15:27
Xəbəri paylaş





Xəbər lenti