“Pedofil və manyaklara qarşı cəzaları ağırlaşdırmaq faydasızdır” - "Bu, heç nəyi dəyişməyəcək"

Sərdar Cəlaloğlu: “Cəza ağırlaşdıqca, cinayət də mürəkkəbləşir”

“Cəmiyyətdə mənəvi tərbiyə işini yüksəltmək daha faydalıdır”



10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlindən sonra cəmiyyətdə pedofil və manyaklara qarşı daha ağır cəzaların tətbiq edilməsi, hətta ölüm hökmünün yenidən bərpası ilə bağlı təklif və tələblər səslənməkdədir. Bəs bu qəbildən olan şəxslərlə bağlı cəzaların ağırlaşması cəmiyyətdə sözügedən cinayətlərin azalmasına gətirib çıxara bilərmi?

 

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu cəzaları ağırlaşdırmaqla vəziyyəti yaxşılaşdırmağın mümkün olmadığını vurğuladı:

 

“Cəzaları ağırlaşdırmaqla bu sahədə vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Hüquq təcrübəsi göstərir ki, cəzalar ağırlaşdıqca, cnayətlər də mürəkkəbləşir. Ona görə də cəzanın ağırlığı bu kimi cinayətlərin azalmasına səbəb olmur.

 

Məlum cinayətlərin sayını azaltmaq üçün cəmiyyətdə mənəvi tərbiyə işini gücləndirmək lazımdır. Cəza ilə heç nəyə nail olmaq mümkün deyil. Cəza nə qədər sərləşəcəksə, cinayətlər də bir o qədər mürəkkəbləşəcək”.

Tarix: 10-01-2020, 16:09
Xəbəri paylaş





Xəbər lenti