Xaricdə təhsil arzularımızı məhv edən yarımçıq agentlər – Ayan Əliyevanın yazısı


 Yeni il bayramı ərəfəsi mənim üçün gərgin və iztirablı keçdi. Bir neçə gün ərzində mənə yardım, hətta psixoloji yardım üçün dörd nəfər müraciət etmişdir. Onların hamısı uydurma “xaricdə təhsil üzrə agentlər”i tərəfindən aldadılmış və böyük məbləqdə vəsait  itirmişdilər.

Bu barədə yazıb-yazmayacağımı çox düşündüm. Çünki peşə etikası bir anlayış var və istənilən şəxs bu faktları səsləndiridiyimdə, rəqiblərimin adını ləkələndirdiyimi düşünə bilər.Bu barədə yazıb-yazmayacağımı çox düşündüm. Çünki peşə etikası bir anlayış var və istənilən şəxs bu faktları səsləndiridiyimdə, rəqiblərimin adını ləkələndirdiyimi düşünə bilər.

Lakin sonra belə bir qərara gəldim ki, bu yarımçıq agentlər mənə rəqib deyil. Onlar dürüst peşəkarların işinə ləkə gətirməyə çalışırlar. Əhalini beynəlxalq təhsil bazarı barədə xəbərdar etmək və məlumatlandırmaq özümə borc bilirəm.

Qeyd etmək istərdim ki, Bakıda hiyləgər agentlər insanları səhv yola yonəldib aldada biləcəkləri bir sxem hazırlayıblar. Həmin şəxslər onlara müraciət edənləri şifahi əmin edirlər ki, tələbələri birinci kursa və ya magistraturaya yerləşdirib, əslində isə onların tələbələri göndərdikləri yer sadəcə kifayət qədər nüfuzlu ali təhsil müəssisələrinin hazırlıq kurslarıdır. Məsələn, Adelphi University, American University, Northeastern və s.

Bu saxta törəmə agentləri Shorelight şirkəti ilə əməkdaşlıq edir, həmin şirkət universitetlər və sözü gedən agentlər arasında vasitəçi qismində çıxış edirlər. Hətta, mən 15 ildir beynəlxalq təhsil məsələləri ilə məşğul olan, bütün məşhur konfranslarında iştirak edən bir mütəxəssis  kimi, onlarla əməkdaşlığa razılıq vermirəm.

Bu cür tipli hiyləgər agentlər valideynləri əmin edirlər ki, uşaqları birinci kursa qəbul olunacaq və 8-16 k ABŞ dolları məbləğində depozit ödəmələrini tələb edirlər. Onların sözlərinə görə, bu məbləqlər I20 formasının alınması, tələbə vizasının alınması üçün zəruridir.

Bütün bu manipulyasiyalardan sonra, “yeni tələbəni” Universitetə –  hazırlıq kurslarına göndərirlər. Uşaq bu faktla üz üzə qarşılaşır.

Aldadılmış valideynlər vəsaitlərinin qaytarılmasını tələb etdikləri zaman onların tələbi rədd olunur və cavabında “məbləq artıq köçürülüb, bu isə o deməkdir ki, müştəri şərtlərlə razılaşıb” cavabı səsləndirilir.

Təbii ki, Shorelight agentlərə bu depozitlərdən böyük məbləğdə komissiya da köçürür.

Bu bir çox sxemlərdən sadəcə biridir. Təsüf ki, Bakıda onlarla dələduz fəaliyyət göstərən, onlar bu cür və ya digər üsullarla insanlardan pul toplayaraq, onları aldadırlar. Bəziləri tələbəni əvvəlcədən razılaşdırılr, əvəzinə şübhəli təhsil müəssisələrinə düzəldir, digərləri isə pulları toplayıb yoxa çıxır və nəticədə dələduzlar tamamilə cəzasız qalırlar.

Məndə aldadılmış insanların yazışmalarının skrinşotları var. Bir həftə ərzində mənə 4 nəfər yazmışdırsa, Bakıda real olaraq zərər çəkmiş, bu saxtacıların tərəfindən aldadılmış neçə nəfərin olduğunu təsəvvür etmək belə qorxuludur.

İnsanları müəyyən dərəcədə xəbərdar etmək üçün bəzi tövsiyələr:

  1. Xaricdə təhsil üzrə agentliyə müraciət edərkən, diqqətli olub və əmin olmaq lazımdır ki, sizinlə universitet arasında heç bir vasitəçi yoxdur (Foundation və ya Pre master proqramları üzrə)- bu bakalvriat və ya magistraturada təhsil üçün hazırlıq proqramlarıdır.
  2. Əmin olun ki, siz bakalvriat və ya magistratura dərəcəsinin birinci kursuna qəbul olunursunuz- onlara hazırlıq kursuna deyil, çünki saxta agentlər bu cür “körpülər”, hazırlıq proqramları vasitəsilə 30-40k ABŞ dolları civarında vəsait qazanırlar.
  1. İngilis dili səviyyənizi təkmilləşdirmək kimi bir zərurət varsa Bakıda bunu reallaşdırmaq daha asan asan və ucuzdur. Sizə Foundation proqramı lazım olduğu halda, uzağa getməyin və bir ilə 30-40 k ABŞ dolları itirməyin heç bir mənası yoxdur. Bakıda bunu 10-11-ci sinifdə təhsil almaqla paralel şəkildə (yəni, vaxt itirmədən), 6k ABŞ dollar-a etmək və 100% ən nüfuzlu universitetlərin birinci kursuna qəbul olmaq real və mümkündür.
  1. Heç bir halda, «accelerator program» və ya «international year» proqramına razılıq verməyin.

Təhsil haqqı ödəmək üçün artıq vəsaitiniz varsa, bu proqramlarda mənfi heç bir şey yoxdur.

Agentlər vəd edirlər ki, tələbə 1 il ərzində iki illik hazırlıqdan və universitetin birinci kursundan keçəcək, daha sonra isə birbaşa ikinci kursa yerləşdirəcək. Adətən belə bir hal baş vermir, çünki bu çox intensiv proqramdır. Nəticədə, insanlar vaxtını və böyük məbləğdə itki aparırlar, tam bir fiaskoya məruz qalır və məyus olurlar.Ödənilmiş məbləği isə geri qaytarmaq artıq mümkün deyil.

İşin mahiyyəti ondadır ki, həmin «accelerator program» və ya «international year» proqramlarından Bakıda bir neçə dəfə ucuz qiymətə keçmək və birbaşa birinci kursa qəbul olmaq mümkündür.

  1. Agentlərə hara qəbul olacağınızı diktə etmək imkanını vermək lazım deyil. Siz universitetləri birlikdə seçməli, konsultasiyada tələblərinizi aydın şəkildə irəli sürməlisiniz: üstünlük verdiyiniz şəhər, ölkə, universitetlər. Hər zaman bir neçə ən nüfuzlu (səviyyə buna imkan verirsə) və bir neçə orta universitet seçin. Agent bir deyil, bir neçə təhsil müəssisəsindən qəbul haqqında bir neçə məktub təqdim etməyə borcludur. Bu agentin eyni zamanda bir neçə universitetə sorğu göndərdiyinin təsdiqidir.

Agent səviyyənizin bu və ya digər universitet üçün uyğun olub-olmadığı barədə xəbərdar etməyə borcludur, yaxud, daha məsləhətli olardı ki, siz bu mərhələdə orta universitet seçəsiniz, əsas şərt isə- mütləq qəbul olmaqdır.

Heç bir halda təkəbbürünüzün qurbanına çevrilmək olmaz, qərbdə pis universitet yoxdur, hamısı eyni lisenziya ilə fəaliyyət göstərir, hamısı eyni qaydalara tabedir, reytinqlər isə sadəcə reklam, marketinq və böyük investisiyalardır.

  1. Heç bir halda şəxsən agentə pul verməyin. Qaimə və ya link tələb edin və ödənişi rəsmi şəkildə özünüz həyata keçirin. Ödənişi həyata keçirməzdən öncə, əmin olun ki, siz ödənişi hər hansı bir vasitəçiyə və ya tədris proqramlarına deyil, bilavasitə universitetə edirsiniz.

Hazırlıq proqramlarının universitetlərlə əməkdaşlıq razılaşması var və bir qayda olaraq, onlar həmin universitetlərin ərazisində yerləşir. Yəni, tələbə “həmin universitetə gəlir”, əslində isə ona dərsi həmin təhsil müəssisəsinə qəbul üçün hazırlıq proqramını tədirs edən vasitəçi deyir. Sizə söz verirlər ki, sizi birbaşa ikinci kursa “keçirəcəklər”, əslində isə bu sadəcə konveyer sistemidir. Tələbə kəsildiyi halda, bu törəmə agentləri çox da maraqlandırmır, çünki onlar öz böyükvəsaitlərini artıq alıblar.

Vicdansız agentlər tələbələri bu cür proqramlara göndərməyə üstünlük verirlər, çünki bu onların işini asanlaşdırır:  hər universitetə ayrıca sorğu göndərmək, insanı çox get-gələ salmaq. Onlar bu proqramlara sorğu göndərir, proqramlar isə guya sənədləri bir neçə universitetə özləri göndərir. Guya ona görə ki, əslində, onlar universitetləri özləri seçir və onlara hara rahat və sərfəlidirsə, o istiqamətə yönləndirlər.

Bundan əlavə, agentlər çox yüksək faiz alırlar, bu zaman onlar ölkələrində “təmiz qalırlar”.

Siz ona dair şikayətlə də müraciət edə bilmirsiniz, çünki pulları şəxsən vasitəçiyə ödəmisiniz. Vəsaitin qaytarılması tələbinizə cavab olaraq, sizə bildirirlər ki, bu mümkün deyil.

Tarix: 11-01-2020, 22:01
Xəbəri paylaş





Xəbər lenti