Fatma Abdullazadə ölkədən qaçıb?


 NUH.az-a daxil  olan məlumata görə, PA-nın  sabiq şöbə müdiri  Fatma Abdullazadə ölkədən qaçıb. 
 
F. Abdullazadə  1993-cü ildən   2017-ci il iyunun 1-dək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri olub.
 
Xanım Abdullazadə  ali məktəblərə rektor təyin olunmasında, fəxri adların ( xalq artisti, əməkdar elm xadimi  və s )  verilməsində səlahiyyət sahibi olub. Onun adı mətbuatda rüşvət və korrupsiya ilə bağlı hallanıb.
Mənbənin məlumatına görə, Fatma Abdullazadənin  uzun illər  Sabir adına Pedoqoji kollecdə gizli kabineti-görüş yeri olub. Bütün bazarlıqlar orda həyata keçirilib. Məlumata görə, Primakovun yubileyinin keçirilməsində də Fatma xanımın adı hallanır.
Abdullazadənin keçmiş vergi naziri Fazil Məmmədova 1 milyon dollar borclu olması və  Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb qaytarmaması yuxarılarda ciddi  müzakirə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 13-01-2020, 16:20
Xəbəri paylaş





Xəbər lenti