Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 11-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qəra5rda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”.
Qərarın çıxarılmasından düz dörd ay sonra, dünən Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmurları məhkəmə qərarının icrası üçün hərəkətə keçmişlər. Onu da bildirək ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsinin bu “fəallığı” Ədliyyə Naziri Fikrət Məmmədov məsələni şəxsən nəzarətə götürməsindən və nazir müavini Vilayət Zahirovun icraya birbaşa göstəriş verməsindən sonra baş vermişdir. Bütün bu yüksək dövlət məmurlarının göstərişinə baxmayaraq, marlıdır ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsi yenə də İsfəndiyar Axundovla dil tapa bilmişdir. Dünən əraziyə gələn Ramin adlı icra məmuru şikayətçilərin tələblərini, prezidentin onlarla bağlı verdiyi göstərişi saymayaraq məhz İsfəndiyar Axundovun mövqeyini əsas götürmüşdür. Bu isə zərərçəkmişlərin haqlı narazılığına səbəb olub. hadisə yerindən çəkilmiş videokadrları diqqətinizə çatdırırıq: