Qarabağ Qazisi haray çəkdi...

01.02.1992-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zəngilan taborunun yaranmasının ildönümü münasibəti ilə həmin taborun veteran döyüşçüləri ilə görüş keçirilib. Görüşdə salamat qalmış həmin taborun şəxsi heyəti eləcədə, Zəngilan taboru tərkibində vuruşan və Milli Qəhrəman adına layiq görülmüş Sahil Məmmədov, yüksək rütbəli zabitlər, həmin taborun komandiri Əkbər Hüsüyev və Daxili Qoşunların rəsmi nümayəndəsi Şahin Bəylərov iştirak etmişdir. Görüşdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik məktubu oxunmuşdur. Dövlət himni səslənmiş, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxışçılar Ali Baş Komandan, Cənab İlham Əliyevin ordumuza, veteran, qazı və şəhid ailələrinə yüksək diqqət və qayğısından geniş danışımlar.
Tədbirdə iştirak edən veteran döyüşçülər yaşlarının keçməsinə baxmayaraq hər an döyüşə, Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını qeyd etmişlər.
Görüşdə maraqlı çıxışlar olmuşdur. Sözü gedən taborun ilk döyüşçülərindən olan tanınmış hüquqşünas, qazı Vüqar Dadaşovun çıxışı xüsusi ilə yadda qalan olmuşdur. Veteran döyüşçü Ali Baş Komandanı, Möhtərəm Prezident, Cənab İlham Əliyevin möhtəşəm ordu quruculuğundan bəs etmiş və məhz Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan ordusunun dünyanın 50 ən güclü ordularından biri olduğunu qeyd edərək və tarixə “Aprel döyüşləri” kimi düşən döyüşləri əyani sübut kimi vurğulamışdır. Vüqar Dadaşov bir neçə döyüş epizodlardan danışaraq, həyatda xoşbəxt olmadığını demişdir. Torpaqlarımızıın işğal faktının heç cürə qəbul edə bilmədiyini və bu faktın şəxsi məğlubiyyəti və alçalmağı kimi qəbul etdiyini, rahat yaşaya və həyatda sevinə bilmədiyini, yuxusunun ərşə çəkildiyini demişdir.
Veteran döyüşçü Vüqar Dadaşov “mən Qarabağsız yaşaya və xoşbəxt ola bilmirəm” deyəndən sonra çıxışını davam etdirə bilməmişdir.

 Siam.az
Tarix: 3-02-2020, 22:58
Xəbəri paylaş





Xəbər lenti