Rəşid Mahmudov: “Qədimdəki kimi abır-ismət qalmayıb”

 

Bu gün cəmiyyətdə baş verən hadisələrdən daha tez-tez təkrar olunanı qadınların evdən qaçmasıdır. Tarix boyu öz ərinə, ailəsinə sədaqəti ilə tanınan Azərbaycan qadını bəs niyə bu gün ailəsini kiməsə qurban verir? Daha dəhşətlisi isə odur ki, televiziya verilişlərindən birinə çıxan Vaqif adlı şəxs həyat yoldaşının iki uşağını ataraq bir ərəblə qaçdığını bildirib.
 
Bəs görən qadınlarımız niyə evdən qaçır?
 
Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bunu kasıbçılıqla əlaqələndirib:
 
“Bunun başlıca səbəbi kasıbçılıqdır. Qadınlarımız indi varlı yaşamaq istəyir. Televizorda hansısa geyim və ya qızıl-zinət əşyaları görən kimi istəyir ki, onda da olsun. Bu gün qəbul etdiyimiz qidalar da insanların xarakterini dəyişib. İndi qədimdəki kimi abır-ismət qalmayıb. Bu gün bir Azərbaycan qadını ərini və iki uşağını atıb ərəbə qoşulub qaçırsa, demək var-dövlətə görə gedib. Bunun başqa bir cavabı yoxdur. Bu istiqamətdə dövlət tərəfindən maarifləndirmə işlərinin aparılması vacibdir. Qadınların evdən qaçmasını televiziya verilişlərində müzakirə etməklə nəyəsə nail olmaq olmaz”.Moderator.az
Tarix: 4-02-2020, 21:53
Xəbəri paylaş





Xəbər lenti