Əməkdar mədəniyyət işçisi 600 min manatdan çox büdcə vəsaitini necə mənimsəyib?

          
Əməkdar mədəniyyət işçisi 600 min manatdan çox büdcə vəsaitini  necə mənimsəyib?
Bir-iki gün bundan öncə Sizinxeber.com saytının redaksiyasına hər kəsi şoka sala biləcək, həmçinin tam əksəriyyətdə sensasiya doğuracaq məlumatlar daxil olub. Belə ki, daxil olan məlumatların mahiyyətinə diqqət yetirib o qənaətə gəlmək olur ki, sən demə büdcə vəsaitlərini “tarmar edən”, öz şəxsi maraqlarının təmin olunması yöndə “dürüst addım”ını atan şəxslərdən biri də, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, professor Tahirov Kərim Məhəmməd oğludur. Bəlkə də ilk görünüşdə adı çəkilən bu kitabxanada büdcə vəsaitlərinin müxtəlif adlar altında mənimsənilməsi yöndə kimlərdəsə heç bir bir fikir formalaşmaz, amma məsələnin mahiyyətinə diqqət yetirdikdə, hər şey hər kəsə güntəki aydın olur. Məsələn, adı çəkilən kitabxana əməkdaşlarından birinin Sizinxeber.coma-a çatdırdığı məlumatlara görə, bir müddət bundan öncə təkcə təmir-bərpa işləri adı altında bu kitabxanada 189 min manat, əsaslı təmir-bərpa işləri adı altında 400 min manat, inventarların alınması məqsədilə 93 min manat məbləğində büdcə vəsaitləri “həzmi-rabedən” keçirilir. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun qısa müddət ərzində təqribən 600 min manatdan çox büdcə vəsaitini mənimsəməsi faktı onu söyləməyə əsas verir ki, o, belə bir addımı ilə, sanki Azərbaycan mədəniyyətinin inkişafına ən böyük “töhfə”sini vermiş olur. O halda ortaya maraqlı suallar çıxır ki, görəsən əməkdar mədəniyyət işçisinin “əməkdar yollar”la, bu qədər məbləğdə büdcə vəsaitlərini mənimsəməsi faktı niyə araşdırılmır? Bəlkə, zamanı çatmayıb?
İlk baxışda qeyd olunan məbləğdə xərclərin hara, hansı məqsədə “xərclənməsi” faktı hər kəsi olduğu kimi, bizi də olduqca düşündürdü. Belə bir səbəb üzündən də, bir redaksiya olaraq belə bir məlumatı əldə edib, sanki şoka düşdük. Məsələnin təəccüb doğuran tərəfi o oldu ki, Kərim Tahirovdan bu kimi məsələlərə münasibətini öyrənmək istəsək də, ilk gündən istəyimiz istək olaraq qaldı. İndi olub-keçənlərə diqqət yetirməklə belə bir qənaətə gəlmək olar ki, bu ölkəyə “qənim kəsilmək” üçün kənar şəxslər deyil, elə özümüzünkülər kifayət edər. Əgər bu belə deyilsə, o halda sual oluna bilər ki, elmi adı professor olan, ölkə rəhbərinin imzası ilə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülən Kərim Tahirov, bu qədər məbləğdə vəsaiti hara və hansı yollarla “qeybə çəkib?”. Yəqin ki, belə bir suallara cavab əldə edə bilmədiyimizdən, çox yaxın günlərdə qeyd olunan məlumatların araşdırılması üçün, aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalacağıq. Düşünürük ki, ünvanlayacağımız müraciət nəticəsində bir çox “qaranlıq qalan” məsələlərə, ələlxüsus 600 min manatdan çox vəsaitin hara və hansı məqsədlərə xərclənməsi məsələsinə də aydınlıq gətiriləcək.
Hörmətli oxucular! Biz bir redaksiya olaraq bu yöndə araşdırmalarımızı davam etdirib, sizləri daha ətraflı, daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Araşdırmamız davam edəcək.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tarix: 5-02-2020, 10:17
Xəbəri paylaş





Xəbər lenti