"Ağlı olsaydı deputatlıq fikrinə düşməzdi, adama deyən gərək deputatlıq sənin nəyinə lazımdır?"





İnsanlar müxtəlif cür olur. Bəzilərinin ağlı var, pulu yoxdur və ya ağlı yoxdur, amma çoxlu pulu var. Mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu, 46-cı Şirvan seçki dairəsindən deputatlığa keçmiş namizəd Rəşad ikincilərdəndir. Mətbuatda Camalovların varidatı ilə bağlı dərc olunan yazılardan göründü ki, onun yaxşı pulu var, amma ağlı yoxdur. Ağlı olsaydı deputat olmaq fikrinə düşməzdi. Adama deyən gərək deputatlıq sənin nəyinə lazımdır.
Heç şübhəsiz ki, bundan sonra işini də itirəcək, hələ üstəlik varını və dövlətini də, qələmi də sınacaq, kitabı da bağlanacaq. Burda deyirlər ki, ata malı uşağı yanşaq eylər.

Qubad İbadoğlu, İqtisadçı alim
Tarix: 6-02-2020, 10:02
Xəbəri paylaş





Xəbər lenti