Heydər Əsədov ailəsinin xaricdə aşkar olunan çox milyonluq varidatı- Heçdə kasıb deyilmiş: FOTOFAT

         
Heydər Əsədov ailəsinin xaricdə aşkar olunan çox milyonluq varidatı- Heçdə kasıb deyilmiş: FOTOFAT
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yeni araşdıması ilə sosial şəbəkələrdə çıxış edib. Cavanşir Həsənli yazır:
Heydər Əsədov yadınızdadır? Keçmiş kənd təsərrüfatı naziri, hazırda Dənizçilik Akademiyasının rektoru.
İsmət Abbasov kimi milyonları talamışdı. Oğlu Asif Əsədzadə atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahibdir, özünü ərəb şeyxləri kimi apardığı heç kimə sirr deyil. Xarici mətbuat vaxtlə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı. Çox da "vətənpərvərmiş"...
Digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir, otel, BEŞİKTAŞ, SEBA KOMPLEKSİ SELENİUM-TWİNS B BL.D.244 ünvanında mülk alıb,
Heydər Əsədov hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən...
Vaqif Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva VAGU TURİZM SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİni 2012-ci ilin fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib (VAGU - VAqif və GUnay). Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılır. Lirənin o zamankı kursu ilə 650 min dollar!
Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı olan, Milli Məclisə hesabat verən qurumun rəhbəri oğlunun Türkiyəyə çıxardığı yarım milyon dollardan artıq vəsaitin hesabatını verməmişdi.
Büdcə-maliyyə oğurluqlarını, yeyintilərini aşkara çıxarmalı olan şəxs öz oğurladıqlarını xaricə daşıyırdı. Bə bir il sonra kənd təsərrüfatı naziri təyin olunur. Ən nəhayət bir il əvvəl Dəniz Akademiyana göndərilib.
Dövlətin malı dəniz... eləmi?
Heydər Əsədovun adı da Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər siyahısındadır. 5000 manat!
Oğlu isə 1000 manat köçürüb. Türkiyəyə çıxardığı milyonun "xəcalətini" ödəyib. Bir də bunu xəbər kimi mətbuata çıxarıb, gözümüzə soxublar.
Bu virus milyonları oğurlayanlar üçün "xeyirxahlığın", səxavətin", "həmrəyliyin" fürsətidir, sanki nəzir verirlərmiş kimi.
O da ünvanlarına çatsa...

Teref.az olaaq maraqlı tərəflərin mövqeini işıqlandırmağa hazırıq!
Teref.az





Tarix: 8-04-2020, 09:59
Xəbəri paylaş





Xəbər lenti