Həbsdə olan Tofiq Yaqubludan xəbər var: “ Atamın səhhəti pisləşib, öskürəyi artıb”

Həbsdə olan Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun səhhətində problem yarandığı bildirilir. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
N.Həzinin sözlərinə görə, bu gün, aprelin 11-də qanunverciliyə uygun olaraq atası ilə telefonla danışıb:
“Bu gün, aprelin 11-də ata ilə danışdım. Əhvalı yaxşı olsa da, səhhəti pisləşib, öskürəyi artıb. Buna səbəb ətrafındakı insanların siqaret çəkməsidir. Qolunun ağrısı da artıb”.
N. Həzi əlavə edib ki, karantin olduğuna görə T. Yaqublu ilə görüşə bilmirlər:

“Dərmanları da verə bilmirik. Ataya təcili həkim lazımdır”.

Nigar Həzinin bu açıqlamasına, hələlik, PenitensiarXidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Koronavirus pandemiyası ilə bağlı bütün dünyada məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Azərbaycanda da martin 24-dən karantin rejiminə keçilib. Cəzaçəkmə müəssisələrində və təcridxanalarda görüşlərə icazə verilmir.  

Siam.az

Tarix: 13-04-2020, 08:54
Xəbəri paylaş





Xəbər lenti