Telejurnalist: Xalqın artisti xalqın adamı olmalıdır

 

Afaq Bəşirqızı ilə bağlı neçə gündür yazılanlara söz ardı.
Xalqın artisti xalqın adamı olmalıdır. Millətinin nümayəndəsini aşağılayan ifadəyə yol verməməlidir.İnsanları kəndli, şəhərli cəbhəsinə bölməməlidir.Araşdırsaq, əksəriyyətin kökü kəndə gedib çıxır. Elə xalq artistinin həyat yoldaşı da kənddən şəhərə köç edənlərdəndir. Kənddən kimin şəhər havasına gəldiyi, burda təkər qaraltmağa məcbur olması da bir başqa mövzudur. Bəli. Mən də hesab edirəm ki, şəhərə köçün qarşısı alınmalıdır. Alternativ variantlar artırılmalıdir, kəndlinin kənddə qalıb işləməsi ücun cəlbedici imkanlar yaradılmalıdır ki, kəndli şəhərə gəlib burda təkər qaraldıb, yeni tikilən binanın zirzəmisində yaşamasın. İnanmıram ki, kimsə kənddə evini atıb, şəhərdə zirzəmidə yaşamağı üstün bilsin. Kəndin ətrini, havasını şəhərin havasına dəyişsin.Bir sözlə, sözü deməyin də qaydası var. Xalq artisti adı ilə xalqın artisti olmaq arasında fərq kəndlə, şəhər qədərdir. Kəndinizə qayıdın!
 
Afət Telmanqızı
 
Telejurnalist
Tarix: 13-04-2020, 10:24
Xəbəri paylaş





Xəbər lenti