Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Polad Bülbüloğluna sərt müraciət edib

 
Siam.az: Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Sosial şəbəkə vasitəsilə Azərbaycanın Rusiyadakı səfiri ,Polad Bülbüloğluna müraciət edib: 
 Siam.az həmin müraciəti heç bir şərhsiz, təhlilsiz, olduğu kimi təqdim edir: “Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. Necə olur, sən səfirliyin pulu ilə erməniyə bilet alıb Bakıya gətizdirərək anasının qəbrini ziyarət etdirirsən, ermənidən qabaq anasının qəbri tapılaraq təmizlənib üzərinə güllər qoyulur, erməninin Bakıda restoranda 3 ofisiant qulluğunda durur, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girov götürülərək vəhşicəsinə işgəncələrə məruz qalır. Ömürlük həbs verilir. Budurmu, insanlıq, humanizm?”. 
 Siam.az
Tarix: 1-05-2020, 13:29
Xəbəri paylaş





Xəbər lenti