Sumqayıtın bu ərazisi heç kimi maraqlandırmır - ŞİKAYƏT/FOTO

      
Sumqayıtın bu ərazisi heç kimi maraqlandırmır - ŞİKAYƏT/FOTO
 Sumqayıtdan daxil olan şikayəti təqdim edirik:
Salam hörmətli mətbuat!
Mən Sizə düz Sumqayıt şəhərinin mərkəzindən 6 cı mik, Qızıl Qum qəsəbəsindən yazıram. Baxmayaraq ki, bura düz şəhərin mərkəzidir amma gözdən könüldən qıraq yer kimi davranırlar biznən. 80 ci illərdə ən gəlirli zavod kimi Şüşə zavodunun öz işçiləri üçün tikdiyi bu 8 ədəd ikimərtəbəli bina bəlkə də zavodun balansında olduğu üçündür bu biganəlik? Bilmirik nədəndir amma onu bilirik ki, Heydər Əliyev parkının 200 metrliyində, Cümə məscidinin 20 metrliyində olan bu binaların sakinləri nə vaxt buranı bir insaflı investor tərəfindən söküləcəyini gözdəyirik. Çünki bu yaşayış deyil. Dam örtüklərimiz qırıq qırıq 80 ci illərin şiferidir. Yolumuzu isə yanımızdakı 6 cı mikroyandakı qonşularımız zəbt edərək lazımsız qarajlarla zəbt ediblər. Allah uzaq eləsin burada bir yanğın olsa yanğınsöndürən maşın həyətimizə girə bilməyəcək ancaq helikopterlə söndürmək mümkün olacaq. Jekin xeyir duası ilə qoyulmuş bu qarajlar bir bir artaraq axırda bütün yolu tutmuşdur. Yatıb durduq ki hər səhər bir rəngdə qaraj gördük(göy, yaşıl, sarı, qəhvəyi)
Dəfələrlə Sumqayıt televiziyasına desək də biz problemi çəkmirik cavabını almışıq.
Xahiş edirəm bizim yolumuzu bu qarajlardan təmizlənməsində bziə bir köməklik göstərəsiniz. 200 nəfərə yaxın sakin adından sizə təşəkkürümü bildirirəm.
Şəkillər əlavə olunur.  
Teref.az






Tarix: 2-05-2020, 10:50
Xəbəri paylaş





Xəbər lenti