“Hətta koronavirus da vicdansız məmurlardan daha mərhəmətlidir...”

  
“Qanunu saymayanların, harınlamışların icra başçısı postunda təmsil olunması təhlükəlidir”.

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib.

Ekspert acgöz məmurları koronavirusla müqayisə edib:

“Onlar rayonların canına koronavirus kimi düşür. Hətta koronavirus da bunlardan mərhəmətlidir. Bu insanlarda mərhəmət, insaf deyilən şey yoxdur. Zəlzələdən evlər uçur, onların pulunu mənimsəyiurlər. Evləri su basır, yardım üçün ayrılan pulları yeyirlər. Bütün bu işlərin başında icra başçıları dayanır. Onlarda vicdan, dövlətçilik düşüncəsi deyilən bir şey yoxdur”.

C.Nuriyevin sözlərinə görə, rayonlara səriştəli şəxslərin rəhbərliyi sadəcə neqativ halların meydana çıxmasını önləmək baxımından deyil, həm də həmin rayonların inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir:

“Hesab edirəm ki, kənd təsərrüfatı rayonlarında icra başçısı postunda kənd təsərrüfatından başı çıxan şəxslər olmalıdır. Əgər belə olarsa, bu, zaman həmin rayonların inkişafına da müsbət təsir göstərər. Məsələn, parlamentdəki millət vəkillərindən birini Hacıqabula göndərdilər. Onun həm parlament təcrübəsi var, həm də kənd təsərrüfatını bilir. Buna görə də rayona rəhbərlik edə, kənd təsərrüfatının inkişafı üçün lazımi şərait yarada bilir. Düşünürəm ki, bu amilə gələcəkdə də xüsusi diqqət yetirmək lazımdır”
Tarix: 4-05-2020, 11:34
Xəbəri paylaş





Xəbər lenti