Neft və milyonlar səltənəti Türkmənistanda aclıq başlanıb:əhali mağazalara hücum edir – Araşdırma



Türkmənistanın güneyində yerli əhali kəpək yüklü maşına hücum edir

 

İrina Corbenadze

rosbalt.ru, 22.03.2018

 

Mərkəzi Asiyanın neft və qazla zəngin respublikası yeyinti ərzaqlarının kəskin qıtlığı və kəndlilərin “qolçomaqlıdan edilməsi”ylə üzləşib. Un, çörək, toyuq yumurtası, bitki yağı, şəkər və başqa ərzaqlar dükanlardan yoxa çıxıb.

 

İnanılmazdır, amma faktdır: Türkmənistan özünün neft “fəvvarələri” və dünyada dördüncü yerdəki təbii qaz ehtiyatlarilə aclıq həddindədir. Respublika əhalisi 1993-cü ilin əvvəlindən keçən ilin payızına kimi elektrik enerjisi, təbii qaz və sudan pulsuz faydalanıb – bəlkə də, dünyada heç harada bu cür “havayı qazanc” olmayıb. Amma bunu ləğv ediblər, çünki “mənzil-kommunal xidmərlərini ödəmək üçün vətəndaşlarımızın kifayət qədər vəsaiti var”. Aclıq artıq bu il Mərkəzi Asiyanın karbohidrogenlərlə və başqa faydalı qazıntılarla tıxılı ən zəngin ölkəsini “qəfildən haxlayıb”. Un, çörək, toyuq yumurtası, bitki yağı, şəkər, başqa yeyəcəklər dükanlardan qeybə çəkilib.

Mağazalara adi, amma aztapılan ərzaqları gətirib çatdırmaq böyük uğurdur. Düzdür, bunları olduqca məhdud sayda verirlər: adama bir kiloqram un və yarımkilo şəkəri iki dəfə artıq qiymətə. Əyalətlərdə bəzən daha çox yeyəcək qoparmaq mümkün olur. Amma olur ki, buna limit də yardım etmir – adamlar ərzaq dükanlarından əzgin və əliboş çıxırlar. Mərkəzi Asiya KİV-lərinin yazdığı kimi, əhali hətta kəpək yüklü maşınlara hücum edir, un uğrunda dava-dalaş isə adi hadisəyə çevrilib.

Rosbalt” artıq yazıb ki, dəbdəbəli binalar və tikililər inşa edilən respublikada qıtlığı, heç olmasa, birtəhər bağlamaq üçün kəndlilərdəki “artıq” unun müsadirəsi başlanıb. Hərbi kommunizm dövrünü yada salan bu fəaliyyətlə kimə nə qədər un gərəkdiyini müəyyən edən “səlahiyyətli şəxslər” məşğul olurr – təki artıq yeməsinlər, ya da kənara satmasınlar. Amma bunun xeyri olmur: çörək, un – özü də aşağı keyfiyyətli – başqa ərzaqlar üçün böyük növbələr “quyruq bağlayır”. Bəzi mağazalarda ərzaq almaq üçün qaz və elektrik enerjisi istehlakına görə borc olmadığı haqda sənəd təqdim etmək lazımdır.

Baş verənlər “türkmən xalqının düşmənlərinin” gözünə çox dəyməsin deyə hökumət paytaxtda – Aşqabadda bəzi “ərzaq parıltıları” yaratmağa başlayıb: Qazaxıstandan bura un gətiriblər, TV-lərdə isə bolluq sərgiləyən kadrlar fırladılır. Amma nəyin hesabına? “Düşmən səsi”nin – “Azatlık” radiosunun məlumatına görə, paytaxt mağazalarına süd və kolbas məmulatları daxil olmaqla vaxtı keçmiş aztapılan ərzaq gətirilib: ye – istəmirəm. Və doğrudan da, istəmirlər: respublikada təkcə ərzağın, nəqliyyatın, uşaq bağçalarına ödənişlərin deyil, həm də tibbi xidmətin qiyməti kəskin  yüksəlib. Belə ki, adamlar aclığa görə sağlamlıq üçün təhlükəli ərzaqları yeməyə cürət etmirlər – özlərinə baha oturar.

Sözügedən “düşmən səsi” habelə xəbər verib ki, Türkmənistanın güneyində rayonlardan birində qadınlar təşəbbüsü ələ alıblar: ədalət,  yəni unun bərabər miqdarda paylanmasını tələb edərək aztapılan malları daşıyan nəqliyyatın yolunu bağlayıblar. Başqa bir hadisədə əhali kənd sovetinin unu gizlətməyə çalışan başçısını döyüb. Üçüncü hadisədə isə alıcılar guya malın qurtardığı mağazaya soxulub, ticarət nöqtəsinin direktorunu və ona “çardağı” kənd soveti başçısını əzişdiriblər. Dalaşla əldə edilən unu admbaşı bir kisə bölüblər.

Bitki yağıyla bağlı durum da pisdir: bir-iki litr qoparmaq böyük uğurdur. Yumurta məsələsi isə tamamilə lətifəvaridir: qiyməti 50% artsa da, onu da limitlə, amma yalnız həddi-buluğa çatanlara verirlər. Yerli polis buna ciddi şəkidə göz qoyur. O, “ot”la və daha güclü narkotiklərlə əylənən yeniyetmələrə qarşı sayıq olsaydı, daha yaxşı olardı.

Ümumiyyətlə, hökumət qıtlığın göstərilən siyahısından çıxış etməklə, nəyin bahasına olur-olsun, toyuqları yumurtlamağa məcbur etmək qərarına gəlib. Nazirlər Kabineti daxili bazarın tələbatını ödəmək və artıq toyuq əti və yumurtanın ixracatı üçün quşçuluq kompleksləri yaratmaq qərarı verib. Prezident Qurbanqulı Berdımuhəmədov isə ölkədə quşçuluq sahəsinin inkişafı çərçivəsində ölkəyə daşınan bir sıra malları gömrük rüsumundan azad edib. Xülasə, dözün və çörəyə, ya başqa şeyə görə qiyam etməyin.

Bəs respublika, xüsusən də bazardan bərbad qiymətə ərzaq almağı özünə rəva bilməyən aztəminatlı əhalisi nədən, az qala, aclıq həddinə çatıb? Bəli, Türkmənistanda taxıl qıtlığı olub, amma heç kim qıtlığı idxalatla bağlamağın qayğısına qalmayıb. Türkmənistanda “sahibkarlar” üçün valyuta ilə bağlı güclü gərilmə var –onu hətta qara bazardan da almaq çətindir, amma bu niyə qəflətən dövlətdə də yoxdur? Deməli, maliyyə və xarici iqtisadi siyasət axsayır və bu, neft, qaz, pambıq və s. bərəkətdən, sadəcə, çatlayan ölkədə baş verir.

BMT-nin məlumatına görə, Qazaxıstan istisna olmaqla Mərkəzi Asiyanın bütün respublikaları keçən il üçün yarıaclıqdan əziyyət çəkən ölkələr kateqoriyasına aid edilib. Ehtimal ki, keçmiş prezident Saparmurat Niyazovun sözlərinə əsasən, hər bir vətəndaşnı “qızıla tutmağa” iqtidarlı Türkmənistandakı durumla bağlı bu il bölgədə acların sayı artacaq. Düzdür, mərhum lider türkmənləri qızıla tutmadı, amma onun hakimiyyəti illərində aclıqdan danışmaq gülünc olardı. Əhalinin əsas bölümünün yoxsulluğu – bəli var idi, amma aclıq heç cür olmazdı.

Xaricə getmək üçün ən sərt qaydalar olmasaydı, türkmənlər özlərinin neft-qaz “cənnətlərindən” məmnuniyyətlə birdən götürülərdilər. Diqqət edək: Mərkəzi Asiyadan əmək mühacirləri əsasən Rusiyanı sevirlər – bura özbəklər, taciklər, qırğızlarla doludur, amma türkmənlər yoxdur. Lakin “vizasız rejim” hesabına Türkiyədə çoxdurlar. Amma kasıb türkmənlərin hazırda bundan istifadə etməyi ciblərinə görə deyil – aviauçuşların qiyməti astronomik şəkildə qalxıb.

Türkmənistan əhalisinin sayı bu gün tam 5,5 milyon nəfər təşkil edir, burada ömür müddəti isə dünya üzrə orta müddətdən aşağıdır: kişilər üçün 65 ilə yaxın, qadınlar üçün 70-dən aşağıdır. Əhalinin savadlılığı, demək olar, 100%-dir. Qeyri-rəsmi məlumatlara görə, işsizlik səviyyəsi 60%-dir, amma hökumət iddia edir ki, bu məsələylə bağlı “problem yoxdur”.

Bununla belə, ərzaq böhranından savayı hər şeydə geri diyirlənmə hiss olunur: isti iqlimli bu ölkədə az adam kondisonerdə qənaət etmir, təkbir adam ət alır – bahadır. Mövsüm vaxtı meyvə-tərəvəz, onun tədarükü dada yetir. Türkiyə və Çin geyimlərinin nisbətən ucuzluğuna baxmayaraq, bunları getdikcə daha az alırlar – yoxsulluqdur, pul yoxdur. Kiçik biznes yığışır – Türkməınistan gerçəkliyində praktik olaraq bütün sahələrdə zərər gətirir. Amma hökumət iddia edir ki, yalnız “cüzi mənfi hadisələr” baş verir.

Nə etməli, ürəyin istəyəni iddia edə bilərsən – özü də qızarmadan. Lakin bu, varlı və dedikcə qapalı dövlətin son dərəcə simic və uzağı görməyən hökumətini xalqın qəzəbindən xilas edəcəkmi?

Tərcümə Strateq.az-ındır.

Tarix: 24-03-2018, 10:10
Xəbəri paylaş





Xəbər lenti