ABŞ – Çin gərginliyi: Pekindən zəng edib Amerikanı təhdid etdilər


Çin baş nazirinin köməkçisi Li Xi ABŞ-ın gömrük rüsumunu artırmasına və Çindən idxal edilən məhsullarla bağlı başlayan istintaq araşdırmasına qarşı cavab addımı atacaqlarını açıqlayıb.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət yetkilisi ABŞ-a Çinin milli maraqlarına zərbə vurmağa imkan verməyəcəklərini deyib.

O, rəsmi Pekinin bu məsələ ilə bağlı qərarını qarşı tərəfə ABŞ-ın dövlət xəzinəsi naziri Steven Mnuçinlə telefon görüşündə çatdırıb. Li görüşdə Çin və ABŞ arasındakı ticarət münasibətlərinin normallaşdırılması çağırışını edərək, Amerika hökumətini 1974-cü ildə imzalanmış “Ticarət Qanunu”nun 301-ci maddəsini kobud şəkildə pozmaqda ittiham edib.

O, hesab edir ki, ABŞ-ın Çindən idxal olunan mallara qarşı gömrük rüsumunu artırması və bununla bağlı istintaqın başlaması qəbuledilməzdir. “Hesabat nə Çin, nə ABŞ, nə də dünyanın maraqlarına uyğundur. Amma Çin öz milli maraqlarını qorumağa hazırdır. Hesab edirəm ki, dünyanın təhlükəsizliyi üçün ABŞ və Çin arasındakı ticarət münasibətlərində yaranmış problemləri iki ölkə arasında danışıqlar yolu ilə həll etmək lazımdır”, - deyə Li Xi qeyd edib. 

Tarix: 24-03-2018, 15:35
Xəbəri paylaş





Xəbər lenti