ABŞ - Çin gərginliyi artır – Münaqişəli bölgədə Amerikaya qarşı “əzələ nümayişi”


Çin Hərbi Hava Qüvvələri münaqişəli Cənubi Çin dənizi və Qərbi Sakit okean bölgəsində təlim keçirəcək.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə Çinin yeni pilotsuz döyüş təyyarələri, döyüş gəmiləri və modernləşdirilmiş hərbi texnikaları iştirak edəcək.

Qeyd edək ki, Çin son illərdə münaqişəli Cənubi Çin dənizi və Tayvan ətrafında hərbi bazalarını və mövqelərini gücləndirməyə daha çox diqqət ayırır.

Bu bölgələr ətrafında yaxın günlərdə keçiriləcək təlimlərə “H-6K” tipli bombardmançı təyyarələr, “Su-30”, “Su-35” tipli döyüş təyyarələri və çoxlu sayda döyüş gəmiləri cəlb ediləcək. Xatırladaq ki, keçən həftə ABŞ-a məxsus döyüş gəmisi Cənubi Çin dənizinin Çin sahillərinədək yaxınlaşmışdı. Bu, Çinin sərt reaksiyasına səbəb oldu. Bundan sonra qarşı tərəfə irimiqayaslı hərbi təlimlər keçirmək barədə qərar qəbul edib. 

Tarix: 25-03-2018, 21:58
Xəbəri paylaş





Xəbər lenti